#WINTER
05.12.18

Bayram gəlir: İşsevənlər üçün hədiyyələr

Məkanlar, İlham, Qış
Bayram gəlir: İşsevənlər üçün hədiyyələr

Əgər kimsə bir dəfə də olsa yorulmayan kolleqa, ciddi müdür və ya işləməyi çox sevən sevdiyi insana hədiyyə almağa çalışıbsa, bunun elə də asan tapşırıq olmadığını yaxşı bilir. Buna maksimum ciddiliklə yanaşmaq və uyğun variant axtarışına elə indidən başlamaq lazımdır.  Baku Afişa ən yaxşı ideyaları sizin üçün hazırlayıb: 

İdeya №1: Qeydləri saxlama

İşsevənlərin məhsuldarlıq sirri xırdalıqlardadır: tünd qəhvə qaynadıb özlərinə iş siyahısı hazırlayırlar. Sevdiyiniz işcilə "İş üçün" həvəsləndirici illüstrasiyalarla (hərdən isə biraz həvəs qaçıran) bloknot alın. Bloknotu burada sifariş edin.

Qiymət: 35 manat 

İdeya №2: Maraqlı kitab

Hamblinin "Bədənlərimiz danışsaydı. İnsan bədəninin istismarına və saxlanmasına dair təlimat " kitabı sarkazm, yumor və təəccüb  hissi ilə xarakterizə olunur. 8 saatlıq yuxu, pəhriz, qida əlavələri, multivitaminlər, energetik və qlütenin faydaları haqqında tədqiqat əlbəttə ki, əsl skeptiklərin ürəyincə olacaq. Burada kitab sifariş etmək olar.

Qiymət: 18 manat

İdeya №3: Stresslə mübarizə 

Boksla məşğul olmaq - iş stressiylə mübarizə aparmaq üçün əla üsuldur. Gosportdan inventar, hətts istəsəniz zala üzvlük də almaqla bunu çatdıra bilərsiniz.

Qiymət: 60 manatdan başlayaraq

İdeya №4 Layiq olduğun istirahət

"Dəmir ledini" təəccübləndirmək üçün əla variant - ona ofis rutini ilə bağlı olmayan bir şey hədiyyə etməkdir. Dinamo Hoteldə isti daşlarla masaj əla olar. Rahat istirahət və gözəl vaxt keçirmək - bunu hər zaman etmək olmur.

Qiymət: 60-245 manat

İdeya №5: Kreativ yanaşma

Şablon buketlərdən uzaqlaşaq - sukkulentli və ya kaktuslu kolleqanızı beton dibçəklə təəccübləndirin. Buradan almaq olar.

Qiymət: 7-25 manat

İdeya № 6: Ən ciddilər üçün "mi-mi-mi"

Hətta ofisin ən ciddiləri belə ürəklərində çox yumşaq biri ola bilərlər. Yaxın işsevən dostunuzunMinisodan gülən akita üzlü yastıqla sevindirin.

Qiymət: 12.99 manat

İdeya №7: Həyat gücü mənbəyi 

Qəhvə və işsevənlər - səmalarda birləşmiş cütlüklərdir. Böyük məişət texnikası mağazalarında ideal qəhvə maşını axtarmağı tövsiyə edirik - biz özümüzə Cremessoda tapdıq.

Qiymət: 359 manat

Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

7-8-9 dekabr üçün 8 məşğuliyyət

7-8-9 dekabr üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top