24.12.18

Xoş izləmələr: 7 yeni il filmi

Ast&Musiqi, İlham, Qış
Xoş izləmələr: 7 yeni il filmi

31 dekabr çox yaxındır - qabaqda bizi ilin ən önəmli gecəsi və bir neçə istirahət günü gözləyir. Ötüb keçən ilin son günündə çoxlarımız salat doğrayacaq  və gözucu ilə min birinci dəfə "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmini izləyəcək, bir neçə gün sonra isə, artıq bayram süfrəsindən qalan hər şey qurtardıqda, televiziya önündə oturub, sevdiyimiz filmləri təkrar izləyəcəyik. Məhz bu cür hallar üçün biz Alla Polonskayadan romantik, ailəvi komediya, cizgi film və "janr klassikasından" ibarət siyahı hazırlamağı xahiş etdik.

Tezliklə çoxdan gözlədiyimiz, rahat yatıb dincələrək 2019 üçün güc yığacağımız istirahət günləri gəlir. Üstəlik, yaranmış boş vaxtda bayram əhvalı da yarada bilərsiniz: məsələn, film izləyə. Bütün filmlər olmasa da, bir neçəsi doğurdan da bayram əhvalı verəcək! 

Janr klassikasından başlayırıq - "Möhkəm qoz 1 və 2". Sevdiyini və Amerikanı xilas etmək üçün şaxtadan istifadə edən Bryus Uillisdən daha bayram əhvallı bir şey təsəvvür etmək çətindir! Ancaq biz onu buna görə yox, ili dəyişdirmək üçün bir metafora olduğuna görə sevirik: biz Con Makleynlə birlikdə problemlər şüşəsində qaçdıq ki, nəhayət Hans Qruberi göydələndən atıb, yeni ilə təmiz vicdan və tam potensialla girək! Əslində isə bu filmi bayramla birləşdirən tək şey hadisələrin bayram ərəfəsində baş verməsidir!

Köhnə filmləri təkrar izləmək - kiçik bir ənənədir. Xüsusilə yeni il gecəsi möcüzələri və qismətləri haqda olan filmlər. Və bunu yolları qarlı ailə bayramı ərəfəsində kəsişən sadə insanların hekayələrindən daha parlaq heçnə əks etdirmir. Saf ancaq doğurdan da inanmaq istədiyimiz hekayəsi ilə "Əsl sevgi" bunun üçün əla nümunədir.

Sevgi əhval-ruhiyyəsindən uzaqlaşmadan gəlin "Dəyişilmiş məzuniyyət" filmini xatırlayaq. Ənənəyə görə ən yaxşı və həyatımızı dəyişən şeylər bayram ərəfəsində olur. Qəhrəmanlardan bəziləri öz sevgisini tapır, kimsə özünü daha yaxşı anlayır və baş verənləri daha dərindən görür. Əlbəttəki ki, siz yorğana bürünüb, böyük fincandan çayınızı içərkən bütün bunlar heppi endlə başa çatır.

Bəzi şeylər dəbdir, bəzi şeylər daimi. Mənə elə gəlir ki, yeni il siyahısında heç olmasa Tim Bertonun bir dənə də olsa işi olmalıdır, ona görə də "Bayramdan öncə kabus" izləyin ki, biraz qaranlıq da olsa bayram abhavasını hiss edəsiniz.

Keçmişdən biraz daha salamlar var - əgər pis qrafika sizi qorxutmursa, 80-ci illərin filmləri də nostalji yaradırsa, onda "Qremlinləri" izləyin. Bu xarizmatik uşaqlar hər kəsin əsəblərini necə oynatmaq və səni bu BƏZƏN çox şirin olan varlıqlara heyran qoymağı yaxşı bilirlər. Birincisi, bu film unudulmuş uşaqlıq hisslərini və ORT filmlərini qaytaracaq, ikincisi isə xeyirin şərə qalib gəldiyini bir daha sübut edəcək. Bu isə yeni il üçün yaxşı motivasiyadır!

Sonda isə bir neçə ağ-qara film: "Bu möhtəşəm həyat" və "Böyük şəhər ocaqları". Onların hər biri öz hekayəsini danışır, ancaq mənə elə gəlir ki, sanki sonsuz bir şey anladırlar. Əgər soruşsanız ki, Çarli Çaplin və hekayəsini yeni illə nə birləşdirir, deyəcəm ki, filmi çəkməyə məhz 31 dekabrda başlayıblar. "Möhtəşəm həyat" hadisələri isə elə bayramda baş verir.

Xoş izləmələr və gözəl bayramlar! Yaxınlarınıza onları sevdiyinizi söyləməyi unutmayın, çoxlu çay için və gələn il görüşənədək!

Bayram gəlir: Səyahətçilər üçün hədiyyələr

Bayram gəlir: Səyahətçilər üçün hədiyyələr

Necə də rəngli, o gədər də yaxşı

Necə də rəngli, o gədər də yaxşı

Növbəti paylaşım
Top