31.01.18

Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

Məkanlar, İlham
Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

14 fevral sevənlərin və marketoloqların (aşiq marketoloqlar bu gün ikiqat xoşbəxt olurlar) təqvimlərində qırmızı tarixdir. Fevralın ən romantik günü ərəfəsində Baku Afisha sevdiyiniz üçün hədiyyələr (və onları haradan axtarmağı) seçdi:

 Bəylər üçün:

Qolbaq

  • Harada: @blackwheel.a

Təbii dəridən qalın qolbaq həm rahat geyimlərlə, həm də ofis geyimləri ilə çox yaraşır. Maraqlı və çox yayılmamış bir hədiyyə olacaq, ən əsası isə onu hər gün taxmaq olar. Əmin oldunuz? Öncədən sifariş edin.

Kepka 

  • Harada: @papaqchi

Sevdiyiniz insan baş aksesuarlarının ona yaraşmadığını deyir? Bəlkə heç kim ona doğru papaq hədiyyə etməyib! Papaqchi işçiləri böyük məmuniyyətlə sifariş verdiyiniz hər bir şapkanı, aerodrom və ya dəbli kepka-dendi olmasına baxmayaraq çoz gözəl tikəcəklər. Əsas odur ki, ölçünü düz biləsiniz, bunun üçün o görmədiyi zaman kepkasının ölçüsünə baxa bilərsiniz.

Svitşot

  • Harada: @fake__deyil

Fake Deyilin maraqlı svitşotları soyuq fevralı keçirmək üçün ideal geyimdir. Bəyəndiyiniz printi seçin və ikiniz üçün də alın. Bizim favoritimiz  «I <3 Mishkə» hudidir.

Kəmər və portmanat 

  • Harada: @melikov.t

Yaxşı kəmər heç vaxt çox olmaz. Eynisi portmanatlara da aiddir. Hətta ən bəyəndikləriniz belə köhnəlir və əvvəlki görünüşünü itirir. Düşünürük ki, sizin ikinci yarınız melikov.t-dan olan əl işi dəbli dəri "komplekti" çox bəyənəcək. Bir gözəl bonus daha dizaynı ən xırdalığına qədər seçə bilərsiniz. Unutmayın, belə bir hədiyyəni öncədən sifariş etmək lazımdır.

Ayaqqabı

  • Harada: @character_shoes

Klassik ayaqqabı rahat da ola bilər! Character_shoes-da məhz beləsini tikirlər. Gözəl ayaqqabılardan əlavə, burada dəbli portmanat və qolbaq də almaq olar - əsl centlmen dəsti olacaq.

Şərab qutusu

  • Harada: @oduvanchikbouqet

Ədviyyəli şərab şüşəsi, tünd şokolad, qoz-fındıq və quru meyvələr Oduvanchik Bouquet-də yeməli buketlər haqqında hər şey bilirlər və maraqlı bağlamalarla təəccübləndirməyə davam edirlər. Əminik ki, sevdiyiniz şəxs romantik şam yeməyi zamanı "La-la-lend" və ya köhnə "Çikaqo" saundtrekləri altında bu cür hədiyyəni çox bəyənəcək.

Qəhvə maşını

  • Harada: mokko.az

Belə hədiyyəni ancaq qəhvə fanatlarına vermək lazımdır. Qəhvə maşınları o qədər də ucuz deyil, ancaq sevinci gələn sevgililər gününədək bəs edər. Əgər almağa qərar versəniz mokko.az-a yazın. Onlar kapsullu qəhvə maşınını tez çatdıracaq, pulsuz dequstasiya edəcək və sizin üçün ən ətirli qəhvə növünü seçəcəklər.

 Xanımlar üçün:

Bəzək əşyaları

  • Harada: @mizaru.az

Mizaru.az-da çox gözəl və qeyri-adi əl işi bəzək əşyaları satırlar. Mücəvhər qatranı və qurudulmuş çiçəklərdən kulon və ya parlaq polimer gildən hazırlanan bir üzüyə nə deyirsiniz? Belə hədiyyə qızılgül buketindən daha çox yadda qalar və qorunub saxlanılar. 

Dadlı hədiyyə

  • Harada: @flavor_palette, @tasty.baku

Sevdiyiniz xanımın ikinci adı "fudzi"dir? Onda onu dadlı və romantik bir hədiyyə ilə sevindirin! Restoranda bir görüşlə yetinmək olmaz: ona @tasty_baku-dan əlvan buket və @flavor_palette-dən ətirli çaylar dəsti sifariş edin. Hədiyyələrinizə maraqlı hədiyyə və isti qucağınızı də əlavə etməyi unutmayın.

Toxunma klatç

  • Harada: @fromoliviah

Yeni klatç-çanta xanımı yazda mütləq sevindirəcək. Xüsusilə də o sifarişlə və sevdiyi rəngdə hazırlanıbsa. Beləsini @fromoliviah-da sifariş etmək olar, ancaq tələssəniz yaxşıdır - bayram öncəsi sifarişlərin sayı olduqca sürətlə artır.

Corablar

  • Harada: @sox_ua_in_baku

Bütün stereotipləri qırın və sevdiyiniz xanıma corab hədiyyə edin! Birincisi, onlar həmişə çatışmır, ikincisi isə doğru seçilmiş corab nəyinki isti, həm də dəbli bir aksesuar ola bilər. Ən "doğru" və əlvan corabları biz @sox_ua_in_baku-da tapdıq. Burada geniş rəng seçimi, Potter fanatları üçün Qriffindor rəngləri və ürəkli corablar da var. 

Stəkan və şal

  • Harada: @star.knots, @vilionsflowers

Əgər xanımla bir neçə ay əvvəl tanış olmusunuz və nələri sevdiyini hələ də tam bilmirsinizsə, isti bir şal və gözəl stəkan hər zaman onu sevindirəcək. Şalı @star.knots, stəkanı isə @vilionsflowers-dan sifariş etmək olar.

Broş

  • Harada: @giftaninspiration, @sev_inci_handmade

Sevgiliniz dəbdən yaxşı anlayır və vintajı çox sevir? @giftaninspiration-da çox gözəl vintaj broşlar və boyunbağılar hazırlayırlar. Biz cüt Horse Duette by Coro broşlarını çox bəyəndik - onları köynək yaxalarında, pencəkdə, hətta kəmər və ayaqqabıda istifadə etmək olar. Əgər vintaj onun tərzi deyilsə, onda @sev_inci_handmade-dan daş və biserlərdən parlaq "orden" sifariş edin.

Araxçın

  • Harada: aragcheen

Bəylər baş aksesuarı seçib, gözəl xanımlarımızı unutmaq doğru olmazdı. Biz @aragcheen-dən göy rəng məxmər və qara biserli bir araxçın seçdik. Onu İnstagrama yazmaqla və ya luxout.net saytından sifariş etməklə ala bilərsiniz.

Necə qurulub: PASHA Holidays

Necə qurulub: PASHA Holidays

Like a local: Kopenhagen

Like a local: Kopenhagen

Növbəti paylaşım
Top