02.04.19

Dinlə: Bakıda 6 alternativ ifaçı

İnsanlar, Stil, Ast&Musiqi, İlham
Dinlə: Bakıda 6 alternativ ifaçı

Musiqi - ölkəylə tanış olmaq və anlamaq üçün əla üsuldur. Müasir Bakı musiqi səhnəsinin necə olduğunu anlamağa çalışacağıq. Baku Afisha redaksiyası öz oxuyucuları üçün Bakıda 6 alternativ ifaçıların siyahısını hazırlayıb.

  • Vedad

Bir çox musiqiçilər kimi Vədad Rzalıda da musiqiyə həvəs hələ uşaqlıqda yaranıb. Erkən yaşda musiqi məktəbini bitirsə də, yalnız bir neçə il sonra bəstələdiyi mahnıları paylaşmaq qərarına gəldi. Uzun müddət Vədadı musiqinin onluq olmadığına və maliyyə sahəsində öz kariyerasına davam etməyin daha yaxşı olduğuna inandırmağa çalışdılar. Ancaq 2015-ci ildə Vədad ingilis dilində ilk mahnısını paylaşdı və uzun müddət bu dildə mahnılar yazmağa davam etdi. Çünki əmin idi ki, onun musiqisi bizim ölkədə dinlənilməyəcək. 2017-ci ildə o ilk dəfə azərbaycan dilində mahnı ("Gəl Söylə") yazdı və nə qədər yanıldığını anladı. Öz mahnılarında Vədad hər zaman dinləyiciylə dialoq qurmağa çalışır. "Sevgi haqqında yazmağı xoşlamıram, dünyada daha vacib problemlər var" - Vədad Rzalı.


  • Altun Zeynalov

Altun Zeynalov - Azərbaycanlı rok-musiqiçi, həmçinin musiqi və mahnı müəllifidir. 2008-ci ildə Altun özünü "Avroviziya" seçmələrində yoxlamaq qərarına gəldi, nəticədə 2010-cu ildə jürinin səsverməsi ilə ikinci yeri qazandı. "Avroviziya" sınağından sonra, o hər il Bakıda bir çox səhnələrdə çıxış edir. Rok-musiqiçi 2012-ci ildə öz studiya albomu "Ouch"u buraxdı, sonra isə Türkiyə və Kiprdə konsertlərdə bu albomla çıxış etdi. 2016-cı ildə Altun Zeynalov "The Road To The Sky" adlı yeni studiya albomunu yazmağa başladı, ancaq o hələ də dinləyicilərə təqdim olunmayıb. Altun 2014-cü ildən altı klip çəkdirib. "Funky Monkeys" adlı məşhur klipi isə 2018-ci ilin payızı çıxdı.


  • No Land

No Land - musiqidən kənar zamanları da birlikdə keçirən, yaxın dostlardan ibarət bir qrup. Ad kimi qrupda çoxlarının əhvalına uyğun olaraq "Torpaq yoxdur" seçildi. Çünki qrupun iştirakçıları hər bir yerin onlara bir məna verməsini istəyirdilər. "No Land" mahnısının sözləri ssenarist Vüqar Həsənidən alınıb. O qrup iştirakçılarından biri Kamil Hacıyevlə hələ orta məktəb zamanlarından tanışdır. Vüqar hesab edir ki, onun yazdığı hər bir söz Kamilin bəstələrində daha yaxşı ifadə olunur. "No Land" qrupu ilə birlikdə yeni nəslə şərq və qərbi, qədim eleqantlığı birləşdirən musiqi bayramı gəlir.


  • Ahmedowsky Trio 

Ahmedowsky Trio qrupu hər gün daha da məşhurlaşır. Orjinal, istedadlı, qeyri-adi - bu qrupun iştirakçıları öz musiqilərini Experimental, Soul Jazz, Garage Jazz və caz-muğam tərzində ifa edirlər. Ahmedowsky Trio artıq bir çox beynəlxalq səhnələrdə çıxış edib və hətta müsabiqələrdə qalib gəliblər. Qrupun tarixi təxminən iki il əvvəl Babək uşaqları toplamağa başladığında başladı. Bu qrupun fərqli cəhətlərindən biri onlardan heç birinin musiqi təhsilinin olmamasıdır. 

Ahmedowsky Trio hesab edirlər ki, hansısa bir alətdə ifa etmək üçün dərs almaq mütləq deyil. Ən önəmlisi - təcrübədir. Əgər sənə doğurdan da lazımdırsa, özün öyrənəcəksən. Biz internet dövründə yaşayırıq, istənilən məlumatı tapmaq mümkündür. Ahmedowsky Trio alman post-rok qrupu Long Distance Calling-dən, Vaqif Mustafazadə, Mayl Deyvis, Üzeyir Hacıbəyli, bas-gitaraçı Co Part və Cako Pastoriusdan ilham alırlar.


  • Mansobase

"Mansobase" qrupunun iştirakçıları müxtəlif janrlarda sınaqlar aparır və mikslər edirlər. Ancaq ən uğurlusu Azərbaycan milli musiqisi muğamla instrumental hip-hop sintezi oldu. Musiqiçilər bugün aktual olan səsləri ustalıqla birləşdirirlər. Trek yazmalarında Azərbaycan ifaçıları musiqiyə daha maraqlı rəng qatan tarda, kamançada və başqa xalq alətlərində çıxış edirlər. "Mansobase" musiqisinin əsas mesajı - insan öz kökünü sanki bir laylaymış kimi unutmamalıdır. Qrup iştirakçıları hesab edirlər ki, onların potensial dinləyiciləri - Azərbaycan muğamına, instrumental hip-hopa qiymət verənlər, bunu anlayanlardır. "Bizim musiqimiz hamı üçün deyil..." - "Mansobase" qrupunun iştirakçıları.


  • The Half

"The Half" - Nicat Gülməmmədov, solo gitaraçı Cahid Rəsullu, ritm-gitaraçı və vokalçı Teymur Eyvazovdan ibarət Azərbaycan rok-qrupudur. "The Half" qrupu 2017-ci ilin yanvarında qurulub. Qrup Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən quruldu, daha sonra Teymur Eyvazov onlara qoşuldu. "The Half" qrupunun istedadlı iştirakçıları "Balta" cizgi serialın 5-ci seriyası üçün "Andromeda" mahnısını yazıb və oxuyublar. Qrup bu mahnı ilə "Balta" cizgi serialın Nizami kinoteatrında 2018-ci ilin yayında təşkil etdiyi Qala konsertdə çıxış etdi.



29-30-31 mart üçün 9 məşğuliyyət

29-30-31 mart üçün 9 məşğuliyyət

Bakıda 10 yeni məkan

Bakıda 10 yeni məkan

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top