15.05.19

Sosial mediyanın gücündən istifadə et və dünya dəb markalarına meydan oxu

Stil, İlham
Sosial mediyanın gücündən istifadə et və dünya dəb markalarına meydan oxu

1965-ci il, Paris... Christian Dior moda evinin yeni kolleksiyasının nümayişi... Zalda 200 nəfər adam oturub. Pəncərələr bağlıdır, nəfəs almağa hava yoxdur. Lakin, qonaqların birinin də səsi çıxmır. Sizcə, pəncərələr niyə bağlıdır? Bəli, yeni təqdim olunacaq kolleksiyanın ideyalarının oğurlanmasının qarşısını almaq üçün! Kolleksiya yalnız bir neçə aydan sonra mediya işçilərinə təqdim olunur. Keçən əsrdə müştərilər və adi sıravi insanlar aylarla yeni kolleksiyanın təqdimatını gözləyirdilər.  Alan kim, kopyalayan kim...Lakin, hamı bu və ya digər dizaynerin tərzini əldə etmək istəyirdilər.

O zamanlar, hər bir moda evinin özünə xas tanınan tərzi var idi. Chanel, Balenciaga, Givenchy, Yves Saint Laurent və s. brendlər meydan oxuyub öz tərzlərini diktə edirdilər.

2019-cu il, moda dünyası... Müştərilər öz tərzini yaratmaq üçün məşhur moda evlərini artıq izləmirlər. Bir əsr bundan qabaq əgər moda evləri öz qanunlarını diktə edirdisə, bu gün artıq küçə və onun sakinləri nəhəng moda evlərinə onların hansı tərzdə yaradacaqlarına qərar verirlər. Bəli, düz eşitdiniz! Artıq diktə edilən  tərz və trend  yoxdur, yəni hər bir insan istədiyi trend və ya tərzi yaradıb sosial mediyanın gücündən istifadə edərək ətrafa yaya bilər. Bunu anlayan məşhur moda evləri panikaya düşərək əllərindən gələni edirlər ki, yoxa çıxmaqda olan hökmranlığını saxlaya bilsin. Məsələn, Louis Vuitton  brendi  küçə dəbinin dizayneri olan amerikalı Virgil Abloh baş dizayner kimi dəvət etmişdir. Bu o deməkdir ki, məşhur moda evləri artıq başa düşürlər ki, zəmanə dəyişib. İndi dünyanın istənilən bir nöqtəsində hər bir kəs öz tərzini yaradıb istədiyi trendi yaya bilər.  Hə, necə səslənir? Bir özünə bax, bəlkə təsadüfən bunu artıq edirsən?

DƏBdə qalmaq diləyi ilə,

Sabina M. Atayeva

Bakıda məzuniyyəti harada keçirmək olar?

Bakıda məzuniyyəti harada keçirmək olar?

17-18-19 may üçün 12 məşğuliyyət

17-18-19 may üçün 12 məşğuliyyət

Növbəti paylaşım
Top