30.05.17

"Bunker"dən street-art

İnsanlar, Məkanlar, İlham

Aprel ayının sonunda Bakıda Moose (Emil Məcnun), Ssmoothest (Samir Salahov), Grapfighter (Vasif Kərim) komandalarının yeni anderqraund məkanı – Bunker Artground açıldı. Baku Afişa bu məkanın nə üçün nəzərdə tutulduğunu və küçə sənətini sevənlərin nə üçün buraya gəlmələrini öyrənmək üçün "bunker"ə yoxlanışa getdi. Bunker (Lev Tolstoy küç.13) üç rəssamın birlikdə öz atelyelərini və sərgi zallarını yaratdıqları yarı zirzəmi tipli bir məkandır. Yeri gəlmişkən, burada sərgi hələ də davam edir və iyun ayının 15-nə kimi getsəniz siz də çata bilərsiniz.

Bunker necə yarandı?

Emil: Mən öz atelyem üçün yer axtaranda elə alındı ki, təsadüfən bu məkana rastladım və çox bəyəndim. "Bunker" – həm bizim üçümüzün də öz studiyasında çalışdığı bir atelye, həm də rəssam dostlarımızın toplana biləcəyi bir platformadır. Bəzən olur ki, kimsə rəsm çəkməyə gəlir.

Samir: İndi "Bunker" – gizli bir məkandır, lakin zamanla biz publikanı cəlb etməyə başlayacağıq. Biz əməkdaşlığa açığıq, inkişaf etdirmək istədiyimiz ideyalarımız var, street-art üzrə təhsil seminarları, master klasslar keçirib istəyənlərə öyrədəcəyik. Pop-up mağazamızı açmağı planlayırıq, bizim artıq satışda yapışqanlarımız və geyimlərimiz var.

"Bunker"in ideyası gənc rəssamlara kömək etməkdir

"Bunker"ə hamı çox pozitiv münasibət göstərdi, çünki belə bir format şəhərimizdə yox idi. Bizim yaradıcılığımız spesifikdir, ən azından Bakı üçün. Ancaq biz daha çox insan cəlb edəcəyik, kimlər ki buraya gəlib yeni şeylər öyrənəcəklər.

Emil: "Bunker"in ideyası – qraffiti ilə təzə məşğul olmağa başlayan gənc rəssamlara kömək etməkdir. Şübhəsiz ki, əgər sən bu işlə təzə məşğul olmağa başlamısansa, belə bir sual yaranır: "Görəsən başqa rəssamlar da var?". Hər bir gəncə başqalarının da onun sevdiyi işlərlə məşğul olduğu bir icma tapmaq xoş olar – harda ki onlar yapışqanlar hazırlayır, ayaqqabılar üzərində şəkillər çəkirlər.

Biz hər kəsi görməyə, bir dam altında işləməyə şad olarıq. Burada hamı öz işiylə məşğul olacaq, bir sual yarandıqda isə birlikdə breynstorminq edəcəyik. 

Bakı qraffiti üçün açıqdır mı?

Emil: O qədər də yox. Soruşmasan əlbəttə ki, açıqdır. Burada əvvəl də olduğu kimi 14 yaşında başlayıb, 30 yaşında hələ də davam edən qraffiti çəkənlər yoxdur. 

Çoxlarına bu qəribə gəlir

Samir: Gəlin anlayışları ayıraq. İlk növbədə bu qeyri-qanunidir. Hər yerdə. İcazə verilən qraffiti isə təəssüf ki, hələ bizdə yoxdur. Ancaq çox istəyərdik ki, olsun və hal-hazırda biz bunun üzərində işləyirik. Biz ən böyük – 6 metrlik freskamızı qaçqınlar şəhərciyində çəkmişik. İndi isə binalarda çəkmək istəyirik. Bu olsa, daha çox qraffiti meydana gələcək. Bu ABŞ-dan tutmuş Monqolistana qədər təcrübədən keçmişdir. 

İnsanlar sizin küçədəki işinizə necə yanaşırlar?

Samir: Çoxları heç başa düşmür ki, biz niyə çəkirik, boya sərf edirik. Çoxlarına bu qəribə gəlir.

Emil: Əsasən bu böyükləri təəccübləndirir, amma bəzən uşaqlar da soruşur: "Siz öz pulunuzu xərcləyib boya alırsınız ki, küçədə şəkil çəkəsiniz? Niyə?". Biz cavab veririk: "Keyfimiz belə istəyir, xoşumuza gəlir". Bu dili onlar yaxşı başa düşürlər, əsas odur "keyfimiz" üçün.

Samir: Amma bizim çəkməyimiz insanların xoşuna gəlir. Son zamanlar biz həyətlərdə, insanların çox olduğu yerlərdə işləyirik. Münasibət normaldır. Heç kim yaxınlaşıb demir ki – yığışdırın.

Emil: Həyətlərdə işləyəndə heçkim bizimlə dava etmir, polis çağırmaqla hədələmir. Bir dəfə belə bir hadisə olmuşdu. Biz üç həftədir ki, bir həyətdə çəkirdik. Bir həftə ara verib oraya getmirdik, lakin mən həyətdən keçərkən orada yaşayan bir kişi məni saxlayıb hara yoxa çıxdığımızı soruşdu. Bizi tez-tez enerji içkilərinə, siqaretə qonaq edirlər. Bu həyətlərdə yüksək səviyyəli hörmət deməkdir.

Samir: Bu insanı biraz rahatlaşdırır və yeni yerlər axtarmaq istəyirsən. Qaçqınlar şəhərciyində qraffiti çəkmək ideyası mücərrəd yarandı. Bizə sosial proyekt Mədəni Niyyət kömək etdi – onlar iş icazəsini aldılar. Mən bunun belə çətin olacağını gözləmirdim. Nə də olsa bu qraffitinin o qədər də xoş qarşılanmadığı şəhər mərkəzi deyil. Bu yaxınlarda Emil bir müəssisənin jalüzlərinə qraffiti çəkmişdi. İki ay sonra JEK işçiləri gəlib oranı boyadılar, çünki "şəhərin görüntüsünü pozurdu".

İndi vəzifə icraçılarının belə bir mövqeyi var, lakin biz bunu dəyişmək istəyirik. Bizim üzərində gözəl işləyə biləcəyimiz fasadlarımız var. İndi bunu hər yerdə təcrübədən keçirirlər, hətta post-sovet ölkələrində də bu inkişaf edib. Bütün dünyadan rəssamları çağırırlar. Pis oluram, çünki bizim də belə imkanlarımız var amma rəsmi olaraq şəhərlə danışmaq hələ alınmır.

Harada çəkmək istərdiniz?

Samir: Mən yatmış rayonlardan başlamaq istəyərdim, buralar ən eybəcər tərəflərdir və mən buraya bir qədər rəng və fərqlilik gətirmək istərdim. Əgər bu Əhmədlidəki doqquzmərtəbələr olsa – lap əla. Əsas odur ki, ictimai yer olsun. Mən daha çox böyük miqyaslı bir şey etmək istiyərdim.

Emil: Mən isə mərkəzdən başlamaq istiyərdim. Məsələn, molokan bağındakı beşmərtəbənin çox böyük fasadı var. 

Kimdən ilham alırsınız?

Emil: SHANE, DXTR, SOBEKCIS, NYCHOS, SupaKitch, ASKEW ONE, Tristan Eaton, CLOGTWO.

Samir: ARYZ, BOYKONG, Dalata, Alex Senna.

Qraffitidə, incəsənətdə bir məna axtarmaq lazımdır mı?

Samir: Dünyada milyonlarla rəssamlar var, qoy özləri cavab versinlər. Mənim fikrim belədir: rəssamlıq uydurması bir yalandır və qeyri-sənədlidir. Hər bir kəs öz istədiyini görməkdə azaddır, lakin bunun uydurma olduğunu unutmamalıdır. Mən heç kimi təhqir etməyə çalışmıram, hətta bu belə görünsə belə. 

Mən özümü qraffiti-rəssam hesab etmirəm, müxtəlif texnikalarla işləməyi daha çox sevirəm. Vizual bir rəssam kimi isə street-art mənə daha maraqlı gəlir. Böyük bir işi qısa zamanda edə bilmək çox xoşuma gəlir.

Mənim fikrimcə işin öz dəqiq strukturu, ipucları var, amma mən bunu başqalarına başa sala bilmirəm və buna görə də bunu etmirəm. Hər kəs öz istədiyini görməkdə azaddır. Kimin üçünsə bu gözə xoş gələn bir şəkil, kimin üçünsə bir mesaj, kimin üçünsə heçnədir və hər biri haqlıdır.

Qraffiti vs. Vandalizm

Emil: Qraffiti bir neçə kateqoriyaya bölünür. Bəzi insanlar vandalizmlə məşğuldurlar: əllərində boya ilə gəzib sadəcə iz qoymaq üçün nəsə yazırlar. Bunlar "tez işlər"-dir və onlara fərqi yoxdur keyfiyyətli alınıb ya əksinə. Qraffiti rəssamlar isə vaxtla, keyfiyyətlə işləyir, hər bir detalı nəzərə alırlar.

 Street-artda keyfiyyət yoxlanışı yoxdur

Samir: Hər iki tərəfin məqsədi eyni, yaxınlaşmaları fərqlidir. Avropada bununla bağlı problemlər daha böyükdür – daha çox zibil, ətrafı eybəcər göstərən yazılar, işarələr, vandalizm var. Bu qaçılmazdır və bizdə də çox olur – mesajlar, saytlar, reklamlar. Bu vandalizmdir.

Street-artda keyfiyyət yoxlanışı yoxdur, heçkim buna nəzarə etmir, çünki bu açıq yerlərdə baş verir. Bu həmişə olacaq, ona görə ki, material əlçatmaz deyil: hər bir kəs sprey alıb istədiyini çəkə bilər.

Necə qraffitçi olmaq olar?

Samir: Qraffiti dünyasındaki rəssamların çoxu özləri bu işə gəlib, özləri hər şeyi öyrəniblər. Çox az hallarda olur ki, kiminsə bu sahədə rəssamlıq təhsili olsun. Aris inşaatdan qalan boyaları götürüb, onlarla işləyirdi. Yəni materialın olmaması belə insanı saxlamırdı. Biz bəzən şikayətlənirik ki, yaxşı sprey yoxdur, başqa ölkədən gətirmək lazım olur. Əslində isə səni əhatə edən şeylərlə işləyə bilərsən.

Sizin məqsədiniz? Pul qazanmaq?

Samir: Pul qazanmaq əlbəttə ki, lazımdır, ancaq bizim məqsədimiz bu deyil. Biz bunu varlanmaq, yaxta almaq üçün etmirik.

Emil: Pul mənə yeni boyalar almaq, material ehtiyaclarını ödəmək üçün lazımdır. İstiyərdim ki, gələcəkdə də bu işlə məşğul olum və bundan pul qazana bilim. Düşünürəm ki, bu həyatım üçün ən yaxşı formatdır.

Samir: Street-artla məşğul olmaq maraqlıdır, çünki dünyanı görmək və bütün dünyada çəkmək imkanı var. Mən rəssamları və onların necə işlədiklərini izləyirəm. Bir çox street-rəssamlarla münasibətim var və onlar da biz dediklərimzi deyirlər: ola bilsin ki, az qazanırıq, amma dünyanı görürük və çox xoşbəxtik. Öz işini satmaq da olar. Tələb olunan olmaq üçün isə biraz zaman və öz üzərində işləmək lazımdır.

Valideynlərinizin buna münasibəti?

Emil: Mənim atam memardır və onun da işi hardasa rəssamlıqla əlaqəlidir. Təzə-təzə mən qraffiti ilə məşğul olmağa başlayanda valideynlərim buna o qədər də sevinmədilər. Bu mən özümü göstərənə kimi bir neçə il davam etdi. Daha sonra onlar yaradıcılığımın pozitiv yöndə olduğunu gördülər. Hərşey insanın özündən asılıdır. Əgər o bu işin onun üçün vacib olduğuna inanırsa, valideynlərini də inandıracaq, sevdiyi işlə də sonuna qədər məşğul olacaq. 

Samir: Məndə də eyni. Əvvəllər deyirdilər ki, bu ciddi iş deyil, indi isə heç bir sual yaranmır. Belə bir stereotip varki, rəssamlar kasıb olmalıdır və bu əsassız deyil. Bu onunla bağlıdır ki, rəssamların stabilliyi yoxdur, lakin bunu etmək olar. Düzdür, digər professiyalardakı kimi dəqiq plan yoxdur. Məni sərgilərə dəvət etməyə başladılar və mən gedirdim. Bundan sonra valideynlərimin heçbir sualı qalmadı. Onlar mənim etdiyim işdən əmin olduğumu gördülər. Mənim üstümə çox gəlmirdilər, çünki mən həmişə işimlə yaradıcılığımı birləşdirirdim.

Bəs boya almaq üçün pulu necə   qazanırsınız?

Samir: Mənim təhsilim memarlıqdır və hələ də bu sahədən qazanıram. Çalışıram ki, öz professiyamla az məşğul olum. İndi yaradıcılıqla da pul qazanmaq olur, bu çox olmasa da. Biraz zaman lazımdır. Mən rassam olmaq istəyirəm və diqqətimi sadəcə buna yönəldirəm. Təhsil mənə rəsmə yaxınlaşmaqda, eskiz hazırlamaqda kömək edir. Emilin bu sahədə təcrübəsi var, o işi başqa cür görür.

Emil: Mənim ixtisasım qrafik dizaynerdir ( "hansını ki, həmçinin təcrübədən keçirmək istəmirsən", – Samir). Düzünə qalsa qrafik dizayner – menyu hazırlamaq, bukletlər məni cəlb etmir. Bu mənə maraqlı deyil. Bu fakültəyə qəbul olmağıma sevinirəm, çünki mənə həmişə maraqlı olan şeyləri etməyi öyrəndim – posterlər, yapışqanlar hazırlamaq, dizayn etmək. Bu mənə yeni şeylər yaratmaqda kömək edən bir alət oldu, başqa heçnə. Sevmədiyim bir işə sərf etdiyim zamana heyfim gəlir. Arada güzəştə getmək olur, pul qazanmaq lazımdır. Lakin bu mənim üçün işləməyin ən yaxşı yolu deyil.

Xaricdə işləmək istərdiniz mi?

Samir: Çox tez-tez sual verirlər: "Bakıdan nə vaxt gedəcəksiniz?". Düzünü deyim, bu çox yorucudur.

Emil: Mən üç il xaricdə, Florensiyada oxudum və burdan gedəndə fikirləşirdim ki, geri qayıtmayacam. Nə qədər art-yığıncaqlarda olsam da orada yaşaya bilmədim. Sən orda özününki deyilsən, Azəbaycandan olan bir oğlansan. Hansısa bir işə başlayanda bunun qarşılığını almaq istəyirsən. Bu qarşılığı xaricdə almaq çox çətindir. Burada isə mən öz evimdəyəm və istədiyimi edə bilirəm. Bakıda Samirlə işləmək mənə daha xoşdur. Təəssüf ki, bu cür münasibət İtaliyada alınmadı. 

Dünyanın hər bir nöqtəsində tələb olunan birinə çevrilmək olar, sadəcə olaraq öz üzərində işləmək lazımdır.

Samir: Xaricdə rəqabət var və mən çox istərdim ki, bizdə də belə səviyyədə rəqabət olsun. Dünyanın hər bir nöqtəsində tələb olunan birinə çevrilmək olar, sadəcə olaraq öz üzərində işləmək lazımdır. Haradasa bu çətindir, çünki qarşılıq yoxdur. Lakin komandayla işləmək tək işləməkdən daha asandır.

Foto:

Matthew Soulnechnii

Medeni Niyyet

Baku Afisha

REPEAT-da: DJ AKG-dən günün mahnısı

REPEAT-da: DJ AKG-dən günün mahnısı

Aktyorlar gəlir və gedir, kuklalar isə qalır: Tərlan Qorçu

Aktyorlar gəlir və gedir, kuklalar isə qalır: Tərlan Qorçu

Növbəti paylaşım
Top