24.04.18

Öz işim: MagmaPR&Events

İnsanlar, İlham
Öz işim: MagmaPR&Events

Əgər siz tez-tez "İnsanlar hər şeyi necə çatdırırlar?" sualı haqqında düşünürsünüzsə, biznes-ledi, jurnalist və ictimai xadim Ruqiyə Əşrəfli – gənc ana, "MagmaPR&Events"in baş meneceri, «Ailələrin İnkişafı üzrə Maarifləndirmə» ictimai birliyin sədri, "Bizimkilər xaricdə" və "Active Moms Club" müəllif layihələrinin qurucusuna müraciət edin. Baku Afisha Ruqiyə ilə uşaqlıqda böyüdüyü zaman kim olmağı arzuladığı və bu gün bu arzuları necə həyata keçirdiyi haqqında danışdı:

Uşaqlıqda kim olmağı arzulayırdınız?

Hər şey birbaşa! Gənclik maksimalizmi özünü göstəriridi. Ancaq bir arzum var idi – rəqs etmək. Məktəbdə mən Andrey Babiçin "Spander" şou-baletində müasir rəqslərlə məşğul olurdum. Bu gəncliyin ən parlaq xatirələridir.

Həyatımın digər bir parlaq xatirəsi valideynlərimin məni tətildə göndərdikləri Çingiz Mustafayev adına düşərgədir. Yəqin ki, ürəyimin dərinliklərində mən həyatımın rəqs, uşaq düşərgələri və maraqlı hadisələrlə bağlı olmasını istəyirdim...

Ancaq psixologiya fakültəsinə qəbul oldum. Qərarları özüm qəbul edirdim, kənardan təsir olmurdu: böyük siniflərdə psixologiya ilə maraqlanırdım, ona görə də bu yolla getməyə qərar verdim.

Universitetdə yaxşı oxuyurdum, demək olar ki, əlaçı idim. Düşünürdüm ki, yaxşı psixoloq olub, uşaqlarla işləyəcəm. Ancaq taleyin qisməti ilə ikinci kursda qəzet redaksiyasına düşdüm və korrespondent kimi işləməyə başladım. Beləliklə mən jurnalistika ilə öz kariyeramı birləşdirdim, bu il bu birləşmənin 13 ili tamam olur.

Jurnalistika mənim şəxsi inkişafımda böyük rol oynadı: bu peşəni seçdiyimə heç vaxt peşman olmamışam. Ancaq psixologiya həyatımın ayrılmaz bir hissəsi olaraq qalır – bütün sosial layihələrim psixologiya və sosial elmlərlə əlaqəlidir.

Uşaqlıq arzuma gəldikdə isə, onu da həyata keçirə bildim. Keçən il mən ilk dəfə uşaqlar və yeniyetmələr üçün yay düşərgəsi təşkil etdim, burada məsləhətçi olaraq çalışır, yoqa və rəqs dərsləri verirdim.

Daha öncə belə gözəl hisslər keçirməmişdim. Həyatda heçnə iz buraxmamış keçmir. Yaşadığımız hər bir təcrübə nə vaxtsa mütləq öz tətbiqini tapır.

Necə, nə vaxt və niyə məhz PR&Events agentliyini qurmaq qərarına gəldiniz?

Təbii ki, hər şey bir anda olmadı. Bu sahədə olan uzun illərin çalışması buna gətirib çıxardı. Əvvəlcə bu mənim kariyerama başladığım «Комсомольская правда» və «Неделя» qəzetlərində "dəyirmi masa" və "düz xətt" təşkilatları idi.

Daha sonra yerli nəşriyyatların birində reklam meneceri işi var idi, sonra – kompaniyalarda PR direktor, son illər isə - aktiv ictimai xadim.

Bütün bu onillik təcrübə nəticədə tədbirlər və ictimai əlaqələr ilə bağlı şəxsi şirkətimin yaranmasına gətirib çıxardı. Bu mənim bacardığım və məmuniyyətlə gördüyüm işdir.

Başlanğıc büdcə və ştat necə idi?

Heç nə yox idi: nə əməkdaşlar, nə büdcə. Sıfırdan və xüsusi maliyyəsi olmayan layihələr yaratmaq – mənim üçün çox həyəcanlı bir prosesdir. Sən özün-özünə sübut edirsən ki, imkansız heç bir şey yoxdur və bütün məhdudiyyətlər məhz sənin beynindədir. Son beş ildə mən müxtəlif sahələrdə bir neçə belə layihə yaratmışam.

Açılışa nə qədər vaxt getdi?

Öz biznesimi qurana qədər mən bir neçə şirkətlə SMM və PR üzrə məsləhətçi kimi işləyirdim. Bu keçən ilin əvvəlinədək davam etdi, daha sonra mən öz şirkətim "Magma"-nı qurmağa qərar verdim.

Şirkətə ad tapmaq zamanı gəldikdə, mənim dostum – və reklam agentliyinin direktoru – dedi: "Ürəyinə yaxın olan və sənin fəaliyyətini əks etdirən bir ad fikirləş".

Bilmirəm həmin an nə baş verdi, ancaq ağlıma gələn ilk şey – püskürən vulkanın lavası oldu. Bunun ivent-sənaye dünyası ilə nə cür əlaqəsı var? Əgər dərindən baxsaq hər bir proses, xüsusilə də yaradıcılıq vulkan püskürməsini xatırladır.

Auditoriyanız kimlərdən ibarətdir?

Bu gün biz korporativ və kütləvi hadisələrin təşkilində tam xidmət göstəririk. Əgər qısaca desək - birincisi əsasən iç korporativ ruhunun - kompaniya yubileyi və kollektivin fəaliyyəti üçün tədbirlərinin möhkəmləndirilməsinə yönəlir, ikincisi isə reklam və PR kampaniyalarına, filial açılışlarına, məhsul və xidmət təqdimatına, press-konferenslərə dəstək verir.

İşinizdə ən asan və ən çətin olan nədir?

Event-sənaye detallara diqqət deməkdir. Hesab edirəm ki, event-biznesdə bir neçə əsas pozisiya var. Əvvəlcə, öz işin çox sevməlisən. İkincisi, nə üçün və niyə bunu etdiyini hər zaman xatırlamalısan. Üçüncüsü, hər hansı situasiyada çıxış yolu tapmaq, danışığa girmək və hər kəs üçün uyğun yolu tapmaq lazımdır.

Nə qədər tədbir təşkil etmisiniz?

Əgər dəqiq rəqəmlərdən danışsaq, son bir il yarımda 20 tədbir təşkil etmişik. Bu həm korporativ, həm də ictimai sektor üçün tematik axşamlar, mühazirələr, "team-building"-lər, açılışlar və təqdimatlardır.

Öz işini qurmaq istəyənlərə nə məsləhət görürsünüz?

Əgər nə isə fikirləşmisinizsə, hərəkətə keçin. Özünüzü tamamilə bu işə verin. Qorxularınızın arzularınıza qalib gəlməsinə icazə verməyin. Səhf etmək, heç etməyib,  özünü günahlandırmaqdan daha yaxşıdır.

İş və şəxsi həyatı necə birləşdirirsiniz? Hər şeyi çatdırırsınız?

Bilmirəm, necə alındı ki, bu gün mən bir neçə layihəni idarə edirəm. Heç vaxt düşünməzdim ki, eyni anda bir neçə sahədə işləyərəm. Böyük olmasa da, beyin üçün tam bir faciədir, çünki proses olduqca çox enerji tələb edir. Çatdırıb çatdırmamağa gəldikdə isə - çalışıram ki, çox düşünməyim.

Active Moms Club yaratmaq ideyası necə yarandı?

Dekretdə keçirilən bir il boş olmadı. Ana olduqdan sonra gördüm ki, şəhərimizdə, ümumiyyətlə, ölkəmizdə anaların kommunikasiyası üçün hər hansı bir sahə yoxdur. İlk dəfə ana olan qadınlar bəzən öz problemləri ilə baş-başa qalırlar – dəstək və ya tövsiyə istəyəcək biri olmur. Mən belə vəziyyətdə olanlardan biri idim.

Analar üçün Active moms club platformasını yaratmaq qərarı soyuq bir yanvar səhərində qəfildən yarandı. İctimai təşkilatları idarə etmə istiqamətində heç bir təcrübəm yox idi, hər şey yoxlama və səhflərlə gəlirdi. Yalnız bir şey hərəkətə keçirirdi – cəmiyyətimizə yeni, lazımlı və faydalı bir şey gətirmək arzusu. İnanmaq istəyirəm ki, az da olsa buna nail olmuşam.

Bu gün Facebook-da – Active moms club qrupunda 10,000-dən çox qadın var, onları narahat edən, uşaqlara, ailəyə və şəxsən özlərinə aid olan istənilən suala cavab tapa bilirlər. Burada insanlar məsləhətlərini, lazımlı mütəxəssisləri və öz dəstəklərini paylaşırlar.

Ancaq biz çoxdan virtual münasibət çərçivəsindən çıxmışıq. Klubun var olduğu dörd il ərzində qadınlar, uşaqlar və hətta nənələr üçün 100-dən çox tədbir keçirmişik. Biz gənc aktiv anaları birləşdirən bir cəmiyyət yaratmağı bacardıq.

Bakıda aktiv analar nə ilə məşğuldurlar?

Kariyera qururlar, uşaqları böyüdürlər, məişəti idarə edir və bütün bunları çox gözəl birləşdirirlər.

Aktiv analar daha çox nəyə diqqət ayırmalıdırlar?

Hər şeydən öncə özlərinə! Bizim cəmiyyətdə qəbul olunub ki, qadın ən son özü haqqında düşünməlidir. Ancaq belə olmamalıdır. Ana daim sevgi və xoşbəxtliklə doldurulmalı olan bir yuvadır. Yalnız bu halda o öz uşağına və ailəsinə nə isə verə bilər.

Nə üçün səy göstərilməlidir?

Özünə, özünü inkişafa və özün ilə harmoniyaya. Boş yerə demirlər ki, xoşbəxt ana – xoşbəxt uşaqdır.

"Bizimkilər xaricdə" proyekti sizə necə təsir etdi?

"Bizimkilər xaricdə" mənim ilk və ən sevdiyim müəllif layihəmdir.

Layihənin beş yaşı var. Tam beş! İnanmaq olmur! Bu vaxt ərzində bütün dünyada yaşayan Azərbaycanlılarla yüzdən çox müsahibə dərc olunub. Bunlar, yaşadıqları ölkədə tanınmağa nail olan soydaşlarımızdır.

Mən layihə ilə birlikdə inkişaf edirdim, bu insanlarla tanışlıq isə mənim həyatımı daha dolğun və maraqlı etdi.

Bu proyekt sayəsində ölkəmizdə varlıqlarından xəbər belə olmayan çox sayda istedadla tanış oldum – bu 90-cı illərdə ölkədən köçənlərdir, çoxları o vaxtdan Bakıya qayıtmayıblar.

Bu insanların hekayələri ilham verir və hər dəfə onları dinləyərkən anlayırsan ki, imkansız heçnə yoxdur, hərşey insanın özündən asılıdır.

Hansı görüş ən yaddaqalan olub?

Mən hər bir qəhrəmanımı xatırlayıram. Demək olar ki, sosial şəbəkədə hamısı ilə əlaqəm var. Təbii ki, məndə güclü təəssüratlar oyadan insanlar var. Bu Twitterdə mühəndis olaraq işə başlayan gənc bir oğlandır. Bu Afrikada yaşayan məşqçidir və uşaqlara Azərbaycan rəqsi öyrədir. Bu görünüş olaraq Eynşteyni xatırladan NASA alimidir. Bu dünyanın hər yerində tamaşalar quran görkəmli baletmeysterdir və Bakıya heç vaxt dəvət olunmamışdır. Bu köçkünlüyün ilk illərində qəzet daşıyıcısı olan və indi öz işini idarə edən bir qadındır. Bu insanlar haqqlarında kitab yazılmağa layiqdirlər. Və mən bu kitabı yazacağam. Bu mənim Azərbaycan mirasına bir əlavəm olacaq.

Nə ilə və ya kimlə daha çox fəxr edirsiniz?

Öz oğlumla.

Bir neçə il sonra layihələrinizi necə görürsünüz?

Bir zamanlar çılpaq həyəcanla, pulsuz, hətta dəstəksiz yaranan bütün təşəbbüslərin cəmiyyətə və insanlara xeyir gətirib artması və inkişaf etməsini istəyirəm. Siz inanırsınız ki, hər bir insanın öz vəzifəsi və var olma səbəbi var? Mən inanıram!

Test: Formula 1 nə qədər yaxşı tanıyırsan?

Test: Formula 1 nə qədər yaxşı tanıyırsan?

Mahmut Orhanla qızıl əyləncə

Mahmut Orhanla qızıl əyləncə

Növbəti paylaşım
Top