08.03.19

İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

Məkanlar, İlham
İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

Foto manipulyasiya: @kodj.design

Burulmamış saplardan, "basma" üsulunun ən yaxşı ənənələri ilə hazırlanan müxtəlif naxışlı kəlağayılar sadəcə bir yaylıq deyil, əsl incəsənət əsəridir. Bugün əl işi ipək yaylıqları həm xüsusi geyimlərlə, həm də gündəlik geyimlərlə uyğunlaşdırırlar. Biz bugün sizə biraz milli Azərbaycan yaylığının tarixi və Bakıda onları harada görmək, toxunmaq və almaq haqqında danışmaq qərarına gəldik. 

Bir neçə fakt:

Kəlağayı incəsənəti üç əsrdən uzun bir tarixə dayanır və onu başqa yaylıqlarla səhf salmaq mümkün deyil. Kəlağayını xüsusi edən onun saplarıdır - onlar digər parçaların saplarından daha dözümlü və bununla yanaşı daha nazikdirlər. Qədim zamanlarda, rənglərin birləşməsi,naxışın özəlliyi və toxunma üsuluna görə kəlağayının sahibinin status və hətta yaşını bilmək olardı. Əsl kəlağayı soyuq havada sizi isti saxlayar. Yayda isə sərinlik verər. Kəlağayının ornamentləri onun vacib elementidir. Yaylıqda həndəsi və ya stilizə çiçək naxışları olmalıdır. Onları adətən sərhədli formada xüsusi möhürlərin köməyilə vururlaq, ancaq parça boyunca olan naxışlar da var.

Haradan alaq:

Menzer Hajiyeva 

Menzer Hajiyevanın ipək yaylıqları qarşıdan gələn bayram üçün əla hədiyyə olacaq. Hər bir kəlağayı əl ilə hazırlanır və masterlər bəzəklərə onlarla saatlarını verirlər. Bu cür hədiyyə təkcə gözəl deyil, onu həm də bir ənənə kimi nəsildən-nəsilə ötürmək olar.

Azerbaijan Kelagayi

İpək yaylıq - əvəzolunmaz bir aksesuardır. Çünki ciddi bir iş kostyumu, gündəlik və ya bayram obrazı kəlağayını çiyinə atmaqla və ya boğaza bağlamaqla hər dəfə fərqli və yeni görünə bilər.  Azerbaijan Kelagayi-da sizə yaraşan kəlağayını seçməkdə kömək edəcəklər. 

KALAGAYIM

Əgər kəlağayının sezon aksesuarı olduğunu düşünürsünüzsə, yanılırsınız. İpək yaylıqlar hər bir havaya uyğundur, zamanla kəlağayı bağlamağı öyrənin. Sizin tayınız-bərabəriniz olmayacaq! Əgər hələ də öz kəlağayınızı tapmamısınızsa, onda mütləq KALAGAYIM-a baş çəkin.

Kelagayi Basqal

Hər bir dəbli xanımın qarderobunda bir dənə də olsa kəlağayı olmalıdır. Əgər siz hələ də milli ipək yaylıqlardan almamısınızsa, Kelagayi Basqal-a gedin.

Butam  kelagayi

Şəki ənənəvi ipək bölgələrindən biridir. Butam kelagayi öz alıcılarına Şəki və Baskalda əl ilə hazırlanmış kəlağayılar gətirir. Əgər orjinal aksesuarları sevirsinizsə, onda əlvan və qeyri-adi Butam kelagayi yaylıqlarını çox bəyənəcəksiniz.

TAMGA İpek Kelağayı

Kəlağayı Azərbaycan xalqının bir parçasıdır və istənilən xoşagəlməz gündə belə sizə sevinc, istilik və gözəllik gətirəcək. Ona görə də öz yaxınlarınızı mütləq TAMGA İpek Kelağayı hədiyyələri ilə sevindirin.

Elcarreaz

Elcarreaz-da biz müxtəlif naxışlarla bir çox ipək yaylıq tapdıq. Buranın kəlağayıları hər bir obraza öz şarm və gözəlliyini əlavə edəcək və onu tamamlayacaq.

Bonus:

Artıq xəyallarınızdakı yaylığı aldınız? Onda kəlağayı bağlamağın 10 üsulu haqda video-dərsi izləyin

8-9-10 mart üçün 7 məşğuliyyət

8-9-10 mart üçün 7 məşğuliyyət

Tiflisdən sevgilərlə

Tiflisdən sevgilərlə

Növbəti paylaşım
Top