#WINTER
30.01.19

Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

İnsanlar, Qida, İlham
Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

İçərişəhərdə o qədər çox restoran var ki, bəzən başımız dönür və "Harada dadlı səhər yeməyi, nahar, şam yeməyi yeyim" sualı bizi düşündürür. Biz Xanım Nəsirovadan bizim üçün həm mətbəxi, həm də xidməti gözəl olan məkanların siyahısını hazırlamağını xahiş etdik.


"Bakı akropolu", "Köhnə şəhər", "İçəri şəhər" - Bakının mərkəzində yerləşən bu tarixi ansamblı müxtəlif cür adlandırırlar. Ancaq biz Bakılılar üçün o sadəcə - İçərişəhərdir - bizim və fikirlərimizin dincəldiyi, uşaqlığa döndüyümüz və andan həzz aldığımız şəhərimizin ürəyidir! Burada zamanın sürətli axışını başqa heç yerdə olmadığı qədər asan hiss edəcək, hər zaman onu tələsdirmək üçün göstərdiyiniz cəhdlərə və indi və burada ətrafda baş verənlərdən həzz almağı unutduğumuza görə özümüzü günahlandıracağıq! Məhz buna - gündəlik həyatımızda bəzən çatışmayan əsl və real şeylərə görə mən buraya dəfələrlə gəlirəm. Yaxın insanların əhatəsində dadlı bir yeməkdən daha təbii və real nə ola bilər. Köhnə Şəhərdə qapısını bakılılara və paytaxtın qonaqlarına qapılarını açan məkanların sayı getdikcə daha da çoxalır. Ancaq onlar arasında bəziləri var ki, mən tez-tez baş çəkir və hər dəfə həm dadlı yeməkdən, həm də xidmətdən məmnun qalıram. Ona görə də sizə mənim vaxtaşırı getdiyim və fikrimcə İçərişəhərin ən atmosferli, rahat və ən əsası dadlı məkanlarını təqdim edirəm:

  • Qaynana

Səhər yeməyi, nahar və ya şam yeməyi olmasından asılı olmayaraq hər dəfə boş masa tapmağın daha da çətinləşdiyi bir məkan. Bu da doğurdan da ləzzətli yemək və düzgün xidmətə görədir - restoranın tam dolu olmasına baxmayaraq personal çox dəqiq və operativdir. Həmçinin burada hamımızın öyrəşdiyi rahat şərait - içində olmaqdan ikiqat həzz aldığım köhnə mənzil abhavası mənim çox xoşuma gəlir.

  • KasaMasa




Mənim ötən ildən ən gözəl kəşflərimdən biri. Öz xarici görünüşü ilə hamımızın adət etdiyi, eyni tərzdə interyer və milli koloritin hakim olduğu digər məkanlardan fərqlənən bir məkan. Burada hərşey başqa cürdür və bu da məkanı qalan rəqiblərdən fərqləndirir. Valehedici abhava, çox dadlı yemək, gözəl qab-qacaq, canlı musiqi - şübhəsiz sizin orda olduğunuz zamana rəng qatacaqlar.

  • Cız-Bız



Bu məkanın vizit kartı və ürəyi düz Kiçik Qala küçəsinə baxan çox rahat, gözəl yaşıllaşdırılmış terrasdır. Məhz buna görə də bu məkan ilin isti vaxtlarında səhər və ya şam yeməyi üçün mənim top favoritlərim arasındadır. Bu məkanı mən olduqca çox ziyarət etmişəm və hər dəfəsində mətbəxdən də, xidmətdən də razı qalmışam.

  • Le Kebab



Bu yaxınlarda kəşf etdiyim, öz xoşagələn fasad və terrası ilə diqqət çəkən bu məkanı görməmək qeyri-mümkündür. Orada cəmi bir dəfə olsam da, bu bir dəfə özündən sonra xoş dadlar, təəsüratlar və bir daha gəlmək arzusu buraxdı.


  • Art Club


İlk baxışdan diqqət çəkən və yanından ötüb keçməyə icazə verməyən bir restoran. Məkanın maraqlı abhavası ilk dəqiqədən özünə çəkir. Çox yaxşı mətbəx, təqdimat və xidmət var. Buraya ailəvi rahat səhər yeməyinə, dadlı şam yeməyinə və ya sadəcə pəncərə qarşısında türk qəhvəsi içməyə gəlmək olar.



  • Le Cafe


Köhnə şəhər - təkcə milli mətbəx, təndir çörəyi və samovar çayı deyil. Rahat Paris köşəsi burada da var. Beynəlxalq mətbəx yeməkləri, çox sayda dadlı desertlər, müxtəlif kokteyllər, çaylar və qəhvələr. Axşamlar doğmalarımla köpüklü kapuçino  və dadlı desertlə oturduğum köhnə, sevimli  Le cafe!


Doğma İçərişəhərə gəlin - divarlar və küçələr özləri hər şeyi deyəcək və xoşbəxtliyin hər zaman indi və burada yanınızda olduğunu xatırladaraq, sizi lazımlı yerə özləri gətirəcəklər!

Like a local: Rotterdam

Like a local: Rotterdam

1-2-3 fevral üçün 8 məşğuliyyət

1-2-3 fevral üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top