#AUTUMN
12.06.18

To Baku: 7 poçt xidməti

Məkanlar, İlham
To Baku: 7 poçt xidməti

Belə olur: çoxdan axtardığınız əşya və ya məhsul Bakıda yoxdur. Dünyanın hər yerində qohumlarınız olmasa belə, Bakıya sifariş edə bilərsiniz. Necə? Baku Afisha Bakıya çatdırılması olan mağazalar haqda artıq danışıb.

Bu gün biz Azərbaycana çatdırılması olmayan onlayn-mağazalardan necə sifariş etmək haqqında öyrəndik. Məqalənin sonunda sizi bonus – maraqlı məhsul və təklifləri olan mağazalar siyahısı gözləyir:

Necə sifariş edək?

  • Camex

Ünvan: Xəqani küç.91

Telefon: *2112

Bakı, Gəncə və Tbilisidə ofisləri olan ən məşhur bağlama göndərmə xidməti. Camex ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Honkonq və BƏƏ-dən sifarişləri çatdırır. Sayta girin, qeydiyyatdan keçin, Nyukasl, İstanbul və Moskvada öz "pəncərənizi" əldə edin. Rusiya haqqında eynisini deməyə çətinlik çəksək də, ABŞ və Avropadan sifarişlər daha tez gəlir. Qiymət bağlamanın çəkisindən və sifariş verdiyiniz ölkədən asılıdır. Tariflərlə saytda tanış olmaq olar: camex.az

  • Katorg

Ünvan: Sabit Orucov küç.75C

Telefon: +99 412 490 08 63 / +99450 230 05 71

Katorg Azerbaijan - Katorg.de şirkətinin rəsmi əməkdaşıdır. Katorg-un köməyilə yaxşı qənaət etmək və məşhur brendlərin saytlarından birbaşa sifariş etmək olar. Rəsmi saytda servisin işlədiyi kataloq və onlayn-şopların tam siyahısını görmək olar. Onlardan istifadə etmək üçün isə qeydiyyatdan keçmək, ilk sifarişi vermək və aldığınızı kredit kartı və ya PayPalla ödəmək lazımdır. Suallarınız var? Yardımsevər personal sizə hər şeyi başa salar. 

  • Mover

Ünvan: Bülbül pr.37C

Telefon: +994 12 409 88 88

Mover.az işçiləri ödəmə üçün yerli kredit kartlarını qəbul etməyən saytlar da daxil olmaqla Amerika və Türkiyə saytlarından sifariş verməyə kömək edəcəklər və bağlamanızı 3-7 iş günü ərzində Bakı ofisinə çatdıracaqlar. Amerikadan çatdırılma həftədə bir, Türkiyədən isə iki dəfə həyata keçirilir.

  • ASE Express

Ünvan: Üzeyir Hacıbəyov küç.61B

Telefon: +994 12 4973775 / +994 12 4973776

ASE Express - beynəlxalq daşımanın Azərbaycandakı filialıdır. Ase.az saytının xoşagələn interfeysi və endirim kuponlu mağazaların siyahısı var. ASE-nin xüsusilə faydalı xidməti - zəruri sənədlərin vaxtında göndərilməsi və qəbul edilməsidir. Bağlamaların olduğu təyyarələr ABŞ və Böyük Britaniyadan həftədə 1 dəfə, Türkiyədən isə 5 dəfə yola düşür. Əgər təcili olaraq bağlamanızın harada olduğunu öyrənmək istəyirsinizsə, xidmət telefonuna zəng edin.

  • PostalOn

Ünvan: Xəqani küç.34E

Telefon: +994 12 498 88 28

Demokratik qiymətləri və tam kuryer xidməti spektri olan gənc bir servis. PostalOn işçiləri Böyük Britaniya, ABŞ və Almaniyadakı anbarlardan birində sizin bağlamanızı qəbul edəcək, yaxşıca bükəcək və birbaşa Bakı ofisinə göndərəcəklər. Bağlamanızın hərəkətini saytda trekinq-nömrə ilə izləyə bilərsiniz: postalon.az

  • Kango Express

Ünvan: Sabit Orucov küç.75C

Telefon: +994 12 490 0863/ +994 50 220 29 90

Kango Express 4-5 iş günü ərzində bağlamaları Bakıya göndərir və hər bazar ertəsi sifarişçilərə çatdırır. Saytda pulsuz qeydiyyatdan keçin, Amerikadakı anbarın ünvanını alın və Amazon və digər məşhur və ya məşhur olmayan saytlardan sifarişlərinizi verin. Əgər sifariş üçün zamanınız yoxdursa, bəyəndiyiniz məhsulun linkini Facebookda mesaj olaraq göndərin - Kango işçiləri sizin yerinizə sifariş edərlər.

  • Amerikadan al

Ünvan: amerikadanal.az

Əgər yuxarıda saydıqlarımız sizin sifarişinizi gətirməkdən imtina edirlərsə, mütləq Facebook və ya İnstagramda Amerikadan ala müraciət edin. Siz sadəcə almaq istədiyinizin linkini göndərirsiniz və (əgər bu qanunidirsə) onlar sizə bağlamanın qiymətini hesablayırlar. Sizdən bank kartı da tələb olunmur, ödəməni çatdırılma zamanı alırlar, ünvana kuryer xidməti isə transport qiymətinə daxildir.

Haradan sifariş edək?

  • Beauty Bay

Beauty Bay byuti alış-verişi sevənlər üçün əsl cənnətdir! Bu onlayn-mağazada Anastasia Beverly Hills, BH Cosmetics, Morphe, Revlon Professional və bir çox başqa brendlərdə geniş seçim var. Dodaq üçün nəmləndirici balzamlar, əlvan qələmlər, saça qulluq vasitələri və hətta üz və bədən üçün elektro-masaj alətləri. Ayda bir neçə dəfə isə endirim və xüsusi təkliflərə rast gəlmək olar.

  • Trendyol

Türk Trendyolu hər zövqə və büdcəyə uyğun geniş beynəlxalq və yerli markalar seçimi olan böyük bir onlayn-univermaqdır. Burada endirimlə bir cüt əla idman ayaqqabıları, keramik qab-qacaq, ətirlər və hər zaman aktual gödəkcələrdən almaq olar. Əsas odur ki, unutmayın, sayt Azərbaycan kartlarını qəbul etmir, ona görə də sifarişdən öncə vasitəçi şirkətlərdəm birinə e-mail göndərməyi tövsiyə edirik, onlar sizə lazım olan bütün rekvizitləri göndərəcək və bağlamanızı Bakıya çatdıracaqlar.

  • H&M

Əgər bir dəfə də olsa Avropada olmusunuzsa və ya Moskvada univermaqları gəzmisinizsə, onda H&M sizin üçün iki samitdən daha başqa bir şey ifadə edir. Hər kəsin sevdiyi "mass-market" brend ildən ilə dəyişir və fanatlarını kapsul kolleksiyaları və məşhur dizaynerlərlə iş birliklərilə sevindirir. Ucuz qiymətlər və geniş seçim bir tək Azərbaycana birbaşa çatdırılma olmaması ilə kölgələnir. Ona görə də ölkə seçimində İngiltərə və ya Almaniyanı seçib, ünvan olaraq da çatdırılma xidmətinin anbar ünvanını yazmağı məsləhət görürük.

  • 220-volt.ru

Təmir planlayır, bağ sezonuna hazırlaşır və ya sadəcə vintaçan almaq haqqında düşünürsünüz? Hitachi, Bosch, Nakita və ya Hammer kimi aparıcı dünya istehsalçılarından alətləri 220-volt.ru saytından sifariş edə bilərsiniz. Həmçinin saytda hər bir şey: multibişiricidən maşın üçün tozsoran seçiminə qədər məsləhətlər oxumaq olar.

  • Timberland UK

Timberlandlar əsl professional turistlər, tərz sahibi səyahətçilər və cəsur nubuk sevənlər üçün yaradılıblar. Bu rahat altlıqlı sukeçirməz botlar olduqca universaldırlar, həm idman şalvarları və həm də damalı bir pencəklə çox gözəl uyğunlaşırlar. Saytda modellər həmişə yenilənir, "xardal sarısı klassikasından" əlavə, burada pastel tonlarda yeni modelləri də görmək olar.

  • Disney Store

Hazır olun, yaşınızdan və cinsiyyətinizdən asılı olmayaraq Disney Store saytında yarım saatdan az vaxt keçirə bilməyəcəksiniz. Sevdiyimiz cizgi film qəhrəmanları burada hər bir bölmədədir: ayaqqabıda və geyimdə, müxtəlif oyuncaq formalarında, rəsm üçün vəsaitlərdə, karnaval kostyumlarında və hər cür aksesuarlarda. Böyüklər və uşaqlara hədiyyə üçün isə gözəl musiqi qutuları sifariş etmək olar.

  • Sneakerhead

Sneakerhead — отличный обувной интернет-аутлет в ассортименте которого есть всё самое модное и популярное: Adidas, Puma, Vans, Converce и Air Jordan. Во время распродаж здесь очень радуют цены, но советуем действовать крайне оперативно: Sneakerhead не то место, где товар залёживается, причём самые странные пары здесь покупают гораздо раньше, чем нейтральные.

  • Firebox

"Su pərisinin göz yaşları" vodkası, "Ulduz savaşı" ev planetariumu, Donald Tramplı corablar, buldoq formasında Bluetooth. Firebox mağazasında yaxın dostlar üçün ən yaxşı hədiyyələri tapmaq olar. Saytdan Azərbaycana elektronik alətlər, alkoqol və yemək çatdırılımır, göndərmədəki servislə bu məhdudiyyəti keçmək olar.

  • Petmountain

Heyvanlara qulluq üçün hər növ vasitələrin olduğu Amerika onlayn-mağazası: yemdən dəbli geyimə qədər. Saytdan gələn xəbərləri izləyənlərə isə bütün sifarişlər üçün 5% endirim verirlər.

  • Farfetch

Orta və yüksək qiymət seqmentli markaların olduğu onlayn-mağaza. Burada təkcə Neftçilər prospekti və Port Bakuda satılan məşhur brendləri deyil, həmçinin gənc və istedadlı dizaynerlərin də markalarını tapmaq olar.

Uğurlu alış-verişlər! Unutmayın, vergi ödəmədən edə biləcəyiniz onlayn sifarişin (çatdırılma daxil olmaqla) miqdarı bir ay üçün 1000$-dır. 

Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

Baku Afisha məsləhət görür: Yanğın zamanı davranış qaydaları

Baku Afisha məsləhət görür: Yanğın zamanı davranış qaydaları

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top