#WINTER
21.11.18

İldə bir dəfə: Black Friday

Məkanlar, İlham
İldə bir dəfə: Black Friday

Ümid edirik ki, ay ərzində bütün pullarınızı xərcləməmisiniz və Qara Cüməylə Kiber Bazar ertəsinə pul saxlamısınız. İlin ən endirimli günündə nə almaq lazım olduğu haqda danışırıq:

Mağazaları gəzirik:

  • 23 noyabrda Azkupon Premium kitab paketini 50% endirimlə alaraq, növbəti il üçün qənaət etmək olar.
  • Həftə sonları mütləq Ganjlik Mall, 28 Mall Park Bulvar-a gedin - artıq indidən Oasis, New Balance, New Yorker, Terranova, Defacto, Gap, Zippy,Bahar Optic, Sergent Major Accessorize mağazaları endirim xəbərlərini elan ediblər. Cüməyə yaxın isə Black Friday-ə böyük mass-market brendləri də qoşulacaq.
  • Cümə - kitab rəfinizi doldurmaq üçün əla şansdır. Kitab seti Libraff 23,24,24 noyabrda 50%-dək endirim elan etdi. Park Bulvarda yerləşən Ali and Nino kitab mağazasında qiymətlər 70%-dək düşəcək.
  • Bütün dünya yeni plazma və ya smartfon almaq üçün kiber bazar ertəsini gözləyərkən, Bakıda artıq cümə günü, 23 noyabrda Maxi.azda texnikaya 50%-dək endirimlər olacaq.
  • Şoppinqdən yoruldunuz? Dinamo Hoteldə spa-prosedura gedin. Cümə günü bütün menyuya 30% endirim var. Həmçinin noyabrın sonunadək 40% endirimlə özünüz və yaxınlarınız üçün vauçer (istifadə müddəti - 30 aprel) ala bilərsiniz. Sonra isə mütləq Olimpia Restauranta gedin  - qara iş həftəsi sonu şərəfinə burada bütün hesablara 50% endirim olacaq.
  • İmicinizi dəyişin! Grace Beauty Complex bütün xidmətlərə 50% endirim elan edib. Saç kəsimi, düzümü, manikür və hətta kiprik laminasiyası.
  • Yeni il tətili planlarını qurmağa başlamısınız? Ukrayna Hava yolları qara cümə şərəfinə endirim elan etdi - 23-25 noyabrda demək olar ki, bütün istiqamətlərə bilet qiymətlərinə 50% endirim var.
  • Özünüzü yeni bir şeydə yoxlayın, məsələn avtomobil dizaynı və ya rəssamlıq personajlarının illüstrasiyası. Cümə günü Nextartda dərsə yazılın və 35% endirim qazanın. Modern DEV Studiodan isə öz işi olanlara maraqlı təklif var. Qara cümə şərəfinə sosial şəbəkələrin idarəsi və kommersiya çəkilişlərinə qədər hər cür digital xidmətə 30% endirim var. 
  • Yemək bişirməyi və gözəl qablarda təqdim etməyi sevirsiniz? CoinCasada müəyyən brendlərə 50%-dək endirim davam edir. Keramik kasalar və mozaik naxışlı yağ qabınızı almağa tələsin.


Onlayn sifariş edirik:

Onlayn sifarişləri sevənlər üçün qara cümə marafon qaçışı kimidir. Lazım olan hər şeyi uğurlu bir şəkildə almaq və öz ölçünüzü tapmaq üçün indidən istədiklərinizi səbətinizə atmağı məsləhət görürük ki, endirim başladığı saatda sizə lazım olan tək şey kart məlumatlarınızı yazmaq olsun. Seçdiyiniz saytın Azərbaycana çatdırılması olduğunu yoxlayın, əks halda isə ruhdan düşməyin, sifarişlərinizi çatdıracaq şirkətlərdən birini seçin.  Unutmayın, qara cümə bütün dünyada qeyd olunur, ona görə də mütləq Aliexpress və Trendyola da girin. Biz artıq sizin üçün ən məşhur onlayn mağazaların siyahısını hazırlamışıq.

ilin ən endirimli günündə nə almaq lazımdır
Hüsniyyə ilə bişiririk: 3 sadə şam yeməyi

Hüsniyyə ilə bişiririk: 3 sadə şam yeməyi

23-24-25 noyabr üçün məşğuliyyət

23-24-25 noyabr üçün məşğuliyyət

Növbəti paylaşım
Top