#SUMMER
02.03.18

İngilis dilini tez öyrənirik

İnsanlar, İlham
İngilis dilini tez öyrənirik

Now (indi - ingl.) - ingilis dili öyrənməyə başlamağın əsl vaxtıdır. Artıq na evdə, nə də xarici bir ölkədə qonaq olarkən bu dilsiz mümkün deyil. Baku Afisha Rivka Xripunova ilə ingiliscə öyrənir və sizə də məsləhət görür!

İnsanlar hər şeyi bir anda etmək istəyirlər. Hər kəs sürətli yaşamaq istəyir, işdən sonra müəllim yanına getmək üçün tıxaclarda gözləməyə vaxt yoxdur. Bir saat gediş, bir saat dönüş, bəs əgər...

Əgər öyrənmə prosesinə başqa cür baxsaq necə olar? Dil öyrənmədə adət olunmuş çərçivədən kənara çıxsaq nə olar?

Skype dərsləri, qiyabi və məsafəli öyrənmə haqqında hamı bilir, ancaq bunların da hər bir şeydə olduğu kimi müsbət və mənfi cəhətləri var.

Biz çox vaxt bu "məsafələr" və ya "qiyabi" öyrənmələrə etiraz edirik, çünki bu uzun zaman tələb edir, hətta Skype dərslərdə belə müəyyən bir qrafik olmalıdır.

Biz isə daha artığını istəyirik. Hər yerdə və istədiyimiz zaman məşğul olmaq istəyirik. Sözü nəyə gətirirəm? Bu gün məsafə formatındakı intensiv və marafonlar daha da məşhurlaşır.

Bu nədir və necə baş verir soruşursunuz? Gəlin baxaq!

İntensivlər: artıq yüz birinci dəfə ingilis dili hovuzuna atlamaqdansa, nəyin düz getmədiyinə diqqət ayırmaq lazımdır. Nitq? Tələffüz? Qrammatika? Dinləmə? Söz toplusu? Müəllim sizə hamısını birdən təklif edəcək. Məlum məsələdir.

Ancaq siz başqa bir şey istədiyinizi dəqiq bilirsiniz. Siz nitqi qəbul etmə qabiliyyətini artırmaq istəyirsiniz.

Və budur - intensiv! O 3 günlük, həftəlik və ya aylıq ola bilər. Hər gün inkişaf etdirmək istədiyiniz bir keyfiyyətə ayırdığınız 10 dəqiqə vaxt nəticəsini tez bir zamanda göstərəcək. Üstəlik, intensivlər zamanı müəllim 24/7 sizə dəstək ola bilir. Məgər bu əla deyil?

Marafonlar intensivlərdən onunla fərqlənir ki, siz hər gün məşğul olmaq məcburiyyətində olmursunuz. Marafonlar da adətən qısa zaman müddətinə əsaslanır. 

Məsələn, oxumaq üzrə marafon: siz başqa insanlarla eyni komandada oxuyursunuz, müəyyən biliklərinizi artırırsınız, ümumi çatda söhbət edirsiniz, parallel olaraq müəllimlə də işləyirsiniz. Marafonun sonunda görürsünüz ki - uzun zamandır təxirə saldığınız bir kitabı oxuyub anlamısınız.

Öyrənmə prosesini olduqca maraqlı və cəlbedici etmək olar. Dostlar, yenilikləri yoxlamaqdan qorxmayın. Sizə uyğun olanı mütləq tapacaq və peşman olmayacaqsınız.

Baku Afisha ilə birlikdə biz bunun necə baş verdiyini və nə dərəcə maraqlı olduğunu göstərməyə qərar verdik. Mart ayında biz 15 günlük intensivə başlayırıq, axı mart ayı bayram günləri ilə doludur, bu da o deməkdir ki, beynimizi yeni bilik və bacarıqlarla yükləməyə vaxtımız var.

Gözləyin, çox yaxında ətraflı məlumatları öyrənəcəksiniz! Yaddan çıxmadan deyim ki, intensivlər ödənişsizdir!

İntensiv tamamilə ödənişsizdir!

Müəllim haqqında:

Mənim adım Rivkadır və bu mənim tam adımdır. Birinci təhsilim nüvə fizikasıdır. Fizika mənim dünyaya baxışımı dəyişdi, lakin məndən fizikaçı alınmadı. 11-ci sinifdən ingilis dili öyrətməyə başladım və bütün bu zamanlarda ya müəllimə ya da tərcüməçi işləyirdim.

Üç il bundan əvvəl başa düşdüm ki, sevimli işimi - həyatımın işini edə bilərəm və hər şey başladı: Bakıda müəllimlik üzrə magistratura, Arizonada TESOL (dünyanın istənilən nöqtəsində dərs vermək üçün icazə sertifikatı) və indi Moskva Akademiyasında illik ixtisas.

Mən öz işimi çox sevirəm və bu öyrətməkdən çox təcrübə, dostluq və motivasiyadır. Mən daha çox böyüklərlə işləyirəm və hər bir yeni tələbə onun maraqlarını, daxili dünyasını başa düşməyi tələb edir.

Mən rəssamlıqla maraqlanıram, sürrealizm üslubunda çəkirəm və nə vaxtsa qərar verib öz sərgimi açacağam. Artıq 3 ilə yaxındır ki, yoqa ilə məşğulam, qaçıram və ya velosiped sürürəm, öz kitabxanamı toplayıram - burada çoxlu pedaqoji, psixoloji və motivasiya ədəbiyyatı kitabları var. Tortlar və piroqlar bişirməyi çox xoşlayıram. Səyahət etməyi və tanıdığım yerlərə fərqli rakurslardan baxmağı sevirəm.

Bir nəfəsdə: 10 serial

Bir nəfəsdə: 10 serial

Bakıda 6 alt geyim seçimi

Bakıda 6 alt geyim seçimi

Növbəti paylaşım
Top