#WINTER
16.01.19

İlham axtarışında: OLYMPİA RESTORANINDA YENİ MENYU

Məkanlar, Qida, Qış
İlham axtarışında: OLYMPİA RESTORANINDA YENİ MENYU

Əməkdaşlıq məqaləsi

Malayziya, Rusiya, İsveçrə, İrlandiya və nəhayət Azərbaycan, Bakı. Mişlen ulduzu sahibi və "Dinamo Hotel Baku"nun baş aşpazı - Devid Motl öz kariyera pilləsini özünü axtarışda və ideal dad birləşmələrində sonsuz səyahət adlandırır. Məhz bu yeni ideaların daimi ovu vəziyyəti "Olimpiya" restoranında yeni menyu yaranmasına səbəb oldu.


Yerli sezon məhsulları və fransız vurğulaması - maestronun qastronomik səyahətində iki vacib an. Nəfis dadlardan başqa, əsas menyu estetika və təqdimatı ilə də diqqət çəkir. Hər bir yemək - özünə görə bir manifest, incəsənət əsəridir.

Qəlyanaltı, steyk və dəniz məhsulları sevənlər mütləq qiymətləndirəcəklər. Yanvar ayından burada Abşeron zəfəranı, krevetlər, midyelər və sprutlarla və ya porçini göbələyi və trüfel yağlı rizottonu, muskat yemişli, Feta pendirli və qovrulmuş balqabaq tumlu raviolinin, göbələklə doldurulmuş zoğal souslu bildirçinin, midye, kalmar, ənginar və  bulqur rizottolu holland sousunda xəzər nərə balığının, hisə verilmiş ördək sinəsi, qara əncir, xardal və Mesklum salatlı karpaçço və daha bir çox şeyin dadına baxa biləcəksiniz. Desertə isə "Pavlova", ətirli Lənkəran limonları ilə limonlu piroq və ya manqo və marakuyyalı krem sifariş edə bilərsiniz.

Tam menyuya Olympia Restaurant-ın Facebook səhifəsində baxa bilərsiniz, öncədən masa sifariş etmək üçün isə bu nömrəyə zəng etmək  (+99412) 377 20 00 və ya bu elektron ünvana məktib yazmaq kifayətdir: info.dinamo@absheronhotelgroup.com 

Oxunması zəruri olan meditasiya haqda 5 kitab

Oxunması zəruri olan meditasiya haqda 5 kitab

17-18-19 üçün 7 məşğuliyyət

17-18-19 üçün 7 məşğuliyyət

Növbəti paylaşım
Top