03.12.18

EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

İnsanlar, İlham, Sağlam həyat
EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

Boksçunu hamı əsəbləşdirə bilər, ancaq hamı qaça bilməz. Həmişə boksçu əlcəkləri geyinmək istəmisiniz? Qrup və individual proqramlar üzrə məşqçi, idman zalı instruktoru - Arina Loginova niyə elə bugün dərslər üçün üzvlük almağı düşünməniz lazım olduğu haqda danışacaq.

Boks - təkcə "döyüş" deyil, boks - incəsənətdir. Müdafiə sənəti, qələbə sənətidir. Güclü, dayanıqlı, dözümlü olmaqdır. Boks kimi bir idman növünün ağıllı insanlar üçün olmadığını düşünənlər, yanılırlar. Fiziki hazırlıqdan əlavə burada taktika və düşünmə qabiliyyəti, ən əsası isə özünü və zərbənin gücünü kontrol altında saxlamaqdır.

İlk gündən boks əlcəkləri ilə selfi atmaq lazım deyil. Əgər zala gəlmisənsə, ilk dərslər əlcəksiz, hər şeyi başa salan və göstərən məşqçi nəzarətində keçir: zərbəni necə vurmaq, necə saxlamaq, zərbənin bütün incəlikləri və texnikalarını öyrənəcəksiniz. Ancaq məşqçi nə qədər çalışsa da sən və sənin arzun, iradən, tər və əməyin çox önəmlidir. Zala girdiyin an - sənin öz üzərindəki kiçik bir qələbəndir! Və bu əla başlanğıcdır. Buna görə boks sənə güclü özəlliklər hədiyyə edəcək. Artıq bir ay məşqdən sonra sən güc, enerji, sürət, cəldlik və psixoloji dözümlülük (müasir dünyamızda olduqca vacibdir) hiss edəcəksən.

Illustration Flash GIF by Kochstrasse™


Bəs əgər mən qızamsa, necə edim? Kim deyir ki, boks qadın işi deyil?! Biz qızlar güclü və cəsur olmamalıyıq?! Üstəlik bu cür məşq bizi 500-1000 kalori atmağa kömək edəcək. Əgər boks sənə çox çətin gəlirsə, "Battle" və ya "Taibo" məşqlərini yoxlaya bilərsən - bu yağ əridən, əhval yüksəldən rəqs və döyüş proqramıdır. Mən qızlara boksu ayrıca rəqslərlə miks etməyi məsləhət görürəm ki, məşq zamanı bizim təbiətimizdə olan qadınlığımızı itirməyək. Döyüşlərlə məşğul olarkən, zərifliyinizi və incəliyinizi itirməyin. Ən çətini və vacibi - Başlamaqdır! Ən sadəsindən başlamaq lazımdır:

  • Üzvlük almaq! Bilikli məşqçiyə yazılmaq, həftədə 3 dəfədən az getməmək!
  •  Boksla məşğul olmaq üçün forma və koverslər alın! (əgər geyim və ayaqqabılar rahat deyilsə, məşqiniz də rahat olmayacaq)
  • İlk məşqdə əlcək taxmaq lazım deyil, ancaq bintləmək lazımdır! Hər məşqdən sonra ya özünüz, ya da məşqçiylə birlikdə streçinq edin (güc idmanından sonra dartınma bərpa olmağa kömək edir)
  • Vanna duzu almaq və məşqdən sonra isti suda dincəlmək (ilk vaxtlar məşqdən sonra əzələlər ağrayacaq, ancaq isti vanna onları rahatlaşdırmağa kömək edəcək və orqanizm yavaş-yavaş gücə öyrəşəcək)
  • Məşqdən sonra yemək olar yoxsa yox?! Mütləq, əgər arıqlayırsınızsa belə - qidalanmanızda mütləq zülallı bir şam yeməyi olmalıdır.

Və unutma - nə etsən, özünə edirsən! Dəqiq və ürəklə et!

Illustration Wrestle GIF by Kochstrasse™

ÖZ İŞİM: WOWOMAN

ÖZ İŞİM: WOWOMAN

Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

Növbəti paylaşım
Top