#WINTER
09.11.18

YAŞIL - SEZONUN HİTİDİR: BİTKİ PƏHRİZİNƏ NECƏ KEÇMƏK OLAR

Qida, Sağlam həyat
YAŞIL - SEZONUN HİTİDİR: BİTKİ PƏHRİZİNƏ NECƏ KEÇMƏK OLAR

Əti buraxmaq barədə düşünürsünüz? Bitki pəhrizinin bir çox üstünlükləri var - yüngüllük və sağlamlıqdan xroniki xəstəliklərin müalicəsinədək. Biz prestijli Amerika universitetinin tələbəsi, qidalanma və sağlam həyat tərzi üzrə məşqçi @iamgreenjunkie Fidan Hüseynovadan yaşıl qidalanmaya sağlamlığımıza zərər vermədən necə keçə biləcəyimizi soruşduq.

Bitkiylə qidalanma heyvan məhsullarından və bəzi hallarda onun törəmələrindən imtina etməkdir. Bu bir neçə hissəyə ayrılır (vegeterianlıq, veqanlıq, çiy yeyənlər və s.).

Belə bir fikir gəzir ki, bitkisəl qidalanmanın bir sıra nəticələri olur. Bəlkə də elədir, ancaq yalnız o halda bu doğrudur ki, heyvan qidalarından imtina etdikdən sonra siz "junk food"a (faydası olmayan sneklər, yeməklər, şəkər tərkiblilər, konservantlar, rəngləndiricilər, GMİ, pestisid, dadlandırıcılar) yönələsiniz. Sağlam olmağın və onu uzunmüddətli dəstəkləməyin ideal varianti "Tam bitkisəl qidalanmadır". O özündə "orijinal" formasında, sənaye emalına məruz qalmayan tam qidalardan ibarət olan bir pəhrizi birləşdirir (bu bir həyat növüdür). Bu cür məhsullar faydalı xüsusiyyətlərini qoruyub saxlayır və insan orqanizmi üçün maksimum dəyərlidir. Daha az sənaye emalına məruz qalmış məhsullara üstünlük verilir.

Bu cür qidalanmanın əsas üstünlükləri:

  • Ürək-damar xəstəlikləri müalicəsi
  • Diabetin, onkoloji və autoimmun xəstəliklərinin qarşısının alınması və kömək etməsi
  • Dərinin vəziyyətinin yaxşılaşması
  • Yüngüllük və enerji

Sağlam qidalanma - xəstəliklərə qarşı silahdır. Biz genlərimizi günahlandırmağa öyrəşmişik, ancaq heç yaxşı qidalanmırıq və zərərli vərdişlərimiz var demirik. Hər cür narahatçılıqda simptomlara aldanıb, səbəbi dərinliklərdə axtarmaqdansa möcüzəvi dərmanlara müraciət edirik. Mənim bitkisəl qidalanmaya keçiddə ən önəmli yoldaşım, məşhur alim, elmlər doktoru, biokimya üzrə mütəxəssis Kolin Kempbellin "Çin araşdırması" kitabı oldu. Bu kitabda elmi araşdırmalara və statistik məlumatlara linklər var.

Əgər siz də yaşılı sevənlər sırasına qoşulmaq qərarına gəlmisinizsə, bu məsləhətlər sizə kömək olacaq:

  • Birdən-birə bütün heyvan qidalarından imtina etməyin. Bunu yavaş-yavaş edin, belə olarsa siz təslim olmayacaqsınız. İlk başladıqda qırmızı ət və süddən imtina edin, ancaq bir müddət dəniz məhsulları ilə qidalanın.

  • Orqanizminizə qulaq asmağı öyrənin. Özüm "intuitiv qidalanma"ya əməl edirəm. Əsas odur ki, bir şey üçün faydalı olan yeməyin, başqa bir şey üçün zəhər ola biləcəyini anlayasınız. Hər şey individualdır.

  • Doğmalarınızın və tanışlarınızın dəstəyini alın, inanın ki, bu heç də artıq olmayacaq.
  • Mətbəx şkaflarınızı "zibillərdən" təmizləyin və daha sağlıqlı alternativlər tapın. Mətbəxdə "detox" edin.

  • Müəyyən bir ədəbiyyat alın və bitkisəl qidalanma haqda sənədli filmlər izləyin (öz İnstagram səhifəmdə mən tez-tez nə oxuduğumu və izlədiyimi paylaşıram).

Və son olaraq, özünüzü və öz bədəninizi sevin, özünüzə olan sevgidən bədəninizi zərərli şeylərlə qidalandırmaq istəməyəcəksiniz. Deyə bilmərəm ki, qidalanmam mənə ucuz başa gəlir. İki ölkədə yaşayıram və Dubayda istədiyim məhsulları tapmaq həyatımı bir qədər asanlaşdırır. Ancaq Bakıda da çox istəsəniz, superfudlar, bitki südləri və faydalı şəkər əvəzediciləri tapa bilərsiniz. Öz geniş bitkisəl qida çeşidləri ilə iHerb də olduqca sevindirir.

Daima mətbəximdə və yeməklərimdə olan məhsullar avokado və sarıkökdür. Çantamda isə demək olar ki, hər zaman qoz-fındıq və ya qoji giləmeyvələri tapmaq olar.

Mən Tabule adlı salatla ilk dəfə Dubayda tanış oldum. Həmin vaxtlar mən yaşılı çox sevən biri olmasam da bu klassik salat mənim ağız dadıma çox uyğun gəldi. Məmnuniyyətlə sizinlə onun reseptini paylaşıram:

Bizə lazım olacaq:

  • 200 qr - Kinoa
  • 2 ədəd - Pomidor
  • Göyərti (keşniş, şüyüd, nanə, reyhan)
  • Nar
  • 1/2 ədəd - Limonun suyu
  • 1 yemək qaşığı - Zeytun yağı
  • Balzamik sirkə

Kinoanı duzlu suda qaynadırıq (1/2 nisbətdə). Göyərti və pomidorları xırda-xırda doğrayırıq. Hazır kinoanı soyumağa qoyuruq. Soyumuş kinoaya doğradığımız göyərti və pomidorları əlavə edirik. Limon suyu, zeytun yağı və balzamik sirkəni də əlavə edirik. Hazır salata nar dənələri səpirik.

Fidan Hüseynovadan yaşıl qidalanmaya sağlamlığımıza zərər vermədən necə keçə biləcəyimizi soruşduq
BARMAQLARIMIZI AYIRA BİLMƏDİYİMİZ 5 MOBİL OYUN

BARMAQLARIMIZI AYIRA BİLMƏDİYİMİZ 5 MOBİL OYUN

Növbəti paylaşım
Top