#SUMMER
06.03.18

Qadınlar günü: 8 mart üçün 8 məkan

Afişa, Məkanlar, Qida
Qadınlar günü: 8 mart üçün 8 məkan

8 marta müxtəlif cür yanaşmaq olar: kimsə onu analar günü, kimsə bərabər hüquqluluq günü hesab edir, bəziləri üçün isə sevdiyi qadını sevindirmək üçün bu bir səbəbdir. Baku Afisha qadınlar gününü rəfiqələrin ətrafında, ailənizlə və ya sevgilinizlə keçirmək üçün 8 məkan toplayıb:

Buddha Bar

7 və 8 martda Buddha Barda canlı musiqi və 4 pan-asiya mətbəxi yeməyi və bir qədəh prosekkodan ibarət xüsusi menyu olacaq. Hər şey canlı musiqidən başlayacaq, burada iş Fusion Band & Nigar Huseynly və The Miles-a düşür, daha sonra isə djlərimiz Ronfoller, Estgamin & Bunbeckin setləri altında rəqslərlə davam edəcək.

  • Bir nəfər üçün qiymət: 75 manat
  • Masa sifarişi: (994 50) 404 82 09/ (994 12) 404 82 09

ART Club

Bu cümə axşamı ART Club bütün xanımlara müəllif kokteyli hədiyyə edir və bayram set-menyusu ilə şam yeməyinə dəvət edir. Siz hələ də qızıl balıqlı ştrudelin və ya moruq sousu altında pasternaka püreli ördəyin dadına baxmamısınız? Nə gözləyirsiniz, masa sifariş edin və dadına baxın.

  • İki nəfər üçün qiymət: 120 manat
  • Ətraflı məlumat: (99412) 492 20 13

Sahil

Sahildə Qadınlar günü istedadlı vokalist Ləman Dadaşovanın ifasında cazla keçəcək. Restoranın baş aşpazı Simuzər Süleymanova milli mətbəxin ənənəvi yeməklərini hazırlayacaq və qonaqları şirin komplimentə qonaq edəcək. Ananınız, nənənizi, həyat yoldaşınızı və qızınızı çağırın və sevdiyiniz xanımlara bu günü daha da gözəl edin.

  • Bir nəfər üçün qiymət: 70 manat
  • Masa sifarişi: (994 50) 285 00 22

Tosca

Toscada 8 mart günü tarı, xüsuilə Şəhriyar İmanovu sevənlər toplanacaqlar, belələri isə çoxdur. Ona görə də masalarınızı elə bu gün sifariş etməyi məsləhət görürük. Həmin gün restoranın qonaqlarına xüsusi menyu təqdim ediləcək Sezar salatı, göbələkli rizotto və ya talyatelle Alfredo, toyuq və ya levrek balığı və profiterol.

  • Bir nəfər üçün qiymət: 45 manat
  • Masa sifarişi: (994 12) 404 82 12

13 Restaurant

13 Restaurant-da sizi şefdən xüsusi menyu gözləyir. Bu axşam burada Günel Qurbanova və Şəhriyar İmanov çıxış edəcəklər, axşamın əsas sürprizi isə xarizmatik Yanssel Castellonun çıxışı olacaq. Onlar birlikdə əsl bayram abhavası yaradacaqlarına söz verirlər. Bütün qızları bu gün şefdən xüsusi hədiyyə – "13" tortu və kokteyl gözləyir.

  • İki nəfər üçün qiymət: 160 manat
  • Masa sifarişi: (994 50) 244 00 13 / (994 50) 277 00 13 / (994 12) 504 04 04

Pasifico 

Fərid Əskərovun fanatları 8 martda Pasificoda olmalıdırlar kumirinizin canlı çıxışı, dj Ruido Loconun setləri ilə rəqslər, bardan bütün qızlara hədiyyə içki və əla əhval-ruhiyyə.

  • Bir nəfər üçün qiymət: 50 manat
  • Masa sifarişi: (994 50) 285 00 21

Hashtag

Hashtag-da Qadınlar gününü 7 mart 18:00-dan qeyd etməyə başlayacaq və səhər saat 06:00-da başa vuracaqlar. Barmenlər xanımların bayramını xüsusi kokteyllə təbrik edəcək, djlər Savage, Afshar və SoulVibe 12 saat durmadan öz setləri ilə qonaqları əyləndirəcəklər.

  • Bir nəfər üçün qiymət: Giriş sərbəstdir
  • Ətraflı məlumat: (994 55) 255 07 00

Sintetik

Sintetikdə bu gün bit və texno sevən xanımları gözləyirlər. Elektron musiqiya qadın baxışını Nasa Mareena, Shargiyya Rahmanova və Parvana Persiani təqdim edəcəklər. Giriş 21 yaşdan yuxarı bütün qonaqlar üçün sərbəstdir, feys kontroldan keçmək lazım olacaq, şəxsiyyət vəsiqələrinizi özünüzlə götürməyi unutmayın. 8 martda gələ bilməyənlərə isə dünya djlər günü şərəfinə 9 martı qaçırmamaqlarını tövsiyə edirik.

  • Bir nəfər üçün qiymət: Giriş sərbəstdir
2-3-4 mart üçün 6 məşğuliyyət

2-3-4 mart üçün 6 məşğuliyyət

Uzun həftə sonları üçün 10 məşğuliyyət

Uzun həftə sonları üçün 10 məşğuliyyət

Növbəti paylaşım
Top