#WINTER
20.08.18

Heyvanlar şəhəri: heyvan sahibləri üçün bələdçi

Məkanlar, Xüsusi layihə, Yay
Heyvanlar şəhəri: heyvan sahibləri üçün bələdçi

Biz əhliləşdirdiklərimizdən cavabdehik. Ev heyvanlarının sevgiyə, qulluğa, qayğı və rahat şəraitə ehtiyacları var. Baku Afisha hər bir dördayaqlı dost sahibinin bilməsi zəruri olan şeyləri öyrəndi.

Haradan almaq:

Bazara və ya zoomağazaya getmədən öncə, heyvan qoruyucuları sığınacaqlara baxmağı məsləhət görürlər. Burada çox sayda it və pişik balaları, həmçinin yaşca daha böyük ancaq olduqca mehriban heyvanlar sizin sevginizi gözləyirlər. Ev heyvanı saxlamaq imkanı olmayan, ancaq darda olan heyvanlara kömək etmək istəyənlərə də sığınacağa müraciət etməyi tövsiyə edirik.

Bakıda evsiz heyvanlar üçün 5 sığınacaq var: IDEA Animal Care Center, Приют для бездомных животных «Друзья», BARS, Baku Street Dog Rescue və ev heyvanlarına həmçinin tibbi yardım da göstərilən Azerbaijan Animal Rescue Center. Baku Street Dog Rescue evsiz itlərə ABŞ və Avropada ev tapmağa kömək edirlər.

Harada gəzmək:

Yaxşı sahibin ilk qanunu, parklarda gəzərkən gözlənilməz ehtiyaclar üçün yanında paket götürməkdir. Çalışın qazonlarda gəzməyəsiniz və boyunluqla ipi də unutmayın. Əgər böyük itiniz varsa, mütləq ağızlıq da alın. Harasa tələsirsiniz və ya quyruqlu dostunuzla gəzməyə vaxt çatdıra bilmirsiniz? Verde Saltomentesə yazın - o böyük məmnuniyyətlə həm sizin itinizlə dostlaşar, həm də gəzintilərdə ona yoldaşlıq edər.

Əgər gəzintidən sonra sevimli dostunuzla bir stəkan qəhvə fasiləsi vermək istəyirsinizsə Barista & Chief,United Coffee Beans, Coffee House,Casual Brasserie, Paris Bistro, Coffee Station, Vinyl, SPOT Conceptstore və ya Second Cup-a gedin. Burada sizə amerikano və ya kapuçino, dördayaqlı dostunuza isə bir qab su təklif edəcəklər. Acdınız? Matador və ya Sunset Cafedə ev heyvanınızla rahat nahar edə bilərsiniz.

Nə yedizdirmək:

Böyük supermarketlərdən başqa, yemi Royal Canin zoomağazasından almaq və ya ZooMagazin.az saytından onlayn sifariş vermək olar. Bitə qarşı boyunluq, döşəklər, yem qabları, dırnaq tutanlar və daşıma qəfəsləri - əgər ev heyvanınız varsa, evinizdə belə əşyalar çox olacaq.

Nə geyindirmək:

Yeməyi həll etdik, keçək qarderoba. Pişiklər üçün toxunma donlar və sviterləri @purr_fashion səhifəsindən almaq, itlər üçün geyimləri isə Doggie Couture By Nelya və @pets_shop_by_leyanel-dən sifariş etmək olar.

Harada sağaltmaq:

Heyvanın sağlamlığını da unutmuruq. Heyvanınıza bütün lazım olan peyvənd və çipləri edin, beləliklə, siz heyvanınızın nəyinki xəstələnməyindən, həm də itməsindən qorxmayacaqsınız. Bunları Dr. Tarlan’s Vet Clinic, VetExpert, Royal Canin, AlfavetOld Kennel Club-da etmək olar. Heyvanlar da insanlar kimi xəstələnir, travma, infeksiya alırlar, ona görə də hər hansı bir əlamət gördükdə baytar həkimlərə müraciət edin və lazım olan dərmanları Aeterna Vet və Baytarlıq aptekdən alın.

Təcili yardım lazımdır? Günün və gecənin istənilən saatında ev heyvanınıza köməyə gəlməyə hazır olan baytar həkimlərin nömrələrini saxlamağı tövsiyə edirik:

  • (+994) 50 456 27 31 - Doktor Aleksandr Subbotin
  • (+994) 55 780 07 08 - Doktor Cavid Dilbazi
  • (+994) 55 778 74 12 - Doktor Anar Babayev
  • (+994) 55 214 74 17 - Doktor Tərlan Cavadov
  • (+994) 77 617 77 76 - Doktor Kira Saxno
  • (+994) 55 555 91 27 - Doktor Andrey Vayçuk
  • (+994) 55 512 22 55 / 50 343 27 82 - Doktor Rüfət Abbasov 
  • (+994) 55 334 44 23 - Doktor Alla Abbasova

Necə qulluq etmək:

Pudel, spaniel və bolonka sahibləri bər-bərə tez-tez gedirlər. The Doggie Styles Grooming Salon & SPA@grooming_by_xatiko-da itinizin tüklərini kəsəcək, darayacaq və əgər istəsəniz boyayacaqlar. Pəncə masajı, üz üçün maska və dəbli saç kəsimi: @plutosalon ev heyvanları salonunda quyruqluları bər-bər və SPA gözləyir. Burada itlər üçün dəbli və isti gödəkcələr də satırlar.

9-10-11 fevral üçün 7 məşğuliyyət

9-10-11 fevral üçün 7 məşğuliyyət

Video: Baku Afisha & Yoga Shahi - Pranayama

Video: Baku Afisha & Yoga Shahi - Pranayama

Növbəti paylaşım
Top