РУ | AZ

26.09.2019

15 занятий на 27-28-29 сентября

15 занятий на 27-28-29 сентября
 

Bu həftə sonları biz sentyabrın son həftəsini yola salacaq, Bazardüzü POP-UP yarmarkasına və bal yarmarkasına gedəcək və şəhər səs-küyündən dincələcəyik.

  • Nə vaxt:27-29 sentyabr
  • Harada: JW Marriott Absheron Baku
  • Necə: Şam yeməyinin qiyməti 27 və 28 sentyabr – bir nəfər üçün 65  manat, 29 sentyabr limitsiz isveç masasının qiyməti  – bir nəfər üçün 69 manat

Bütün Oktoberfest sevənləri və hətta hələ də onunla tanış olmayanları 27 və 28 sentyabrda Fireworks Urban Kitchen-da qeyd etməyə dəvət edirik: əsl Bavariya yeməkləri və pivə, həmçinin canlı musiqi və rəqslər sizə bu bayramı daha da sevdirəcək! Bir əla xəbərimiz də var, hərkəsin çox sevdiyi brançlar geri qayıdır və bu dəfə Oktoberfest festivalından istifadə edərək Fireworks Urban Kitchen ən yaxşıları bir araya gətirib, əsl bazar şənliyi yaradacaqlar.

  • Nə vaxt: 27-29 sentyabr
  • Harada: Barrel Playground
  • Necə: Qiymət girişdə 27 və 28 sentyabr - 10 manat, 29 sentyabr  - giriş sərbəstdir 

Sentyabrın son vikendində Barrel səhnəsində alman dj və musiqi prodüseri - Edvard çıxış edəcək. O Gilinqin əsas rəssamlarından biridir. Onun debüt albomu "Teupitz" WHITE-da, ikinci albom  "Into a Better Future"  Gieglingdə buraxılmışdı. Şənbə günü Berlinli məşhur dj, Herrensaunanın rezidenti - CEMA trekləri ilə rəqs etmək olar. Bazar günü isə yeni iştirakçılar, konsepsiya və musiqi ilə Bazardüzü yarmarkası geri qayıdır. Barrel Playgroundun açıq meydançasında ikinci POP-UP yarmarka Bazardüzünü qaçırmayın. Azərbaycan dizaynerlərindən çoxlu geyim və aksesuarlar, rəssamların işləri, çoxlu musiqi, əyləncə, həmçinin böyük vinil köşəsi olacaq. Bunu qaçırmaq olmaz!

  • Nə vaxt: 27-29 sentyabr 
  • Harada: Art Tower Gallery 
  • Necə: Giriş sərbəstdir 

Bu yaxınlarda isveçli rəssam Saymon Arnsın Art Tower rəssamlıq qalereyasında şəxsi sərgisi açıldı və hamıya bunu görməyi tövsiyə edirik. Sərginin əsas məqsədi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafıdır.

Moon Blue Jazz Club maraqlı caz çıxışları ilə qonaqları bu həftə sonları maraqlı musiqili proqrama dəvət edir. 27 sentyabr  istedadlı Afşin Əlizadə Əli İbrahimzadə ilə birlikdə hamı üçün caz mahnılar ifa edəcəklər. Ona görə də masa sifariş etməyi unutmayın! 28 sentyabrda isə Nərmin Məmmədlinin musiqisini dinləmək və atmosferdən həzz almaq üçün gəlməyə dəyər!

Sentyabrın son şənbəsini qeyd etmək istəyirsinizsə, Hard Rock Cafedə 21:00-da Noir qrupu ilə canlı musiqili axşamı qaçırmayın.

  • Nə vaxt: 28-29 sentyabr 
  • Harada: T.Bayramov adına stadion 
  • Necə: Giriş sərbəstdir

Ənənəyə görə bu həftə sonları T.Bayramov adına stadionda bal yarmarkası olacaq. Çoxdan axtardığınız təbii bal ləzzətini tapmaq üçün oraya getməyinizi məsləhət görürük! Yarmarka 28 sentyabrdan 28 oktyabradək keçiriləcək. 

  • Nə vaxt: 29 sentyabr 
  • Harada: Tik-Talk
  • Necə: Giriş anti-kafe tarifinə görə

Kinomanların növbəti görüşü! Bu dəfə Tik-Talk kafedə "Kinoda kosmos" mövzusu haqqında müzakirəyə toplanırıq. Aparıcı - çoxlarınızın maraqlı kino mühazirələri ilə tanıdığı Ucal Əzizzadə olacaq.

Bazar günü 19:00-da YARAT mərkəzində rəssam Aqil Abdullayevin "Вот почему я не тусуюсь с крутыми пацанами" adlı tamaşasının son performansı olacaq. Bu tamaşa - elektron musiqi tarixi və uşaq alter-eqosu arasındakı əlaqəni tapmaq cəhdidir. Azərbaycanın gənc nəsil tarixinin təkrar motivlərindən, folklor musiqidən, klub mədəniyyətindən, kişi dostluğu və "bomba uşaqlar" mədəniyyətindən, həmçinin Bakı küçə mədəniyyətindən toplanmış performans povest mövzusu və bioqrafik bir xarakter olmadan, utanmazlıq və sentimentallıq arasındakı yumşaq bir tarazlıq ilə, janrlar və ifadə üsulları arasında hərəkət edir.

 

 
 
 
 
 
ОтветитьПереслать
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

INSTAGRAM